\"Qələbəmizi həzm edə bilməyənlər hürsünlər, nə fayda...”

\
"Hərbi Qənimətlər Parkı ilə bağlı ermənilərin ölkəmizə qarşı qarayaxma kampaniyası boşboğazların diskussiyasından başqa bir şey deyil. Yaxşı olardı ki, ermənilər öz tarixlərinə baxsınlar”.
 
Sfera.az-ın məlumatına görə, bunu politoloq Zaur Məmmədov deyib.  O, Hərbi Qənimətlər Parkına qarşı ermənilər tərəfindən aparılan kampaniyadan danışarkən konkret faktlardan söz açıb:

"Çox sadalamayacam, təkcə Soqomon Teyliryana Şirakda ucaldılan abidə kifayətdir. Həmin heykəlin ayağının altında Tələt Paşanın kəsilmiş başı təsvir edilib.  Dünyanın hansı ölkəsində ayaqları altında kəllə olan ikinci belə bir abidə və heykəl var? Heç yerdə. 

İkincisi, Fransa da dönüb öz tarixinə baxsın. Azərbaycan Fransadan fərqli olaraq öz torpaqları uğrunda öz ərazisində müharibə aparıb. Amma Fransa min kilometrlərlə uzaq ərazilərdə işğalçılıq siyasəti apararaq bir çox xalqlara qarşı soyqırımlar, qətliamlar törədib.  Yaxşı olardı ki, fransızlar Parisdə  öz torpaqları uğrunda Fransa işğalına qarşı mübarizə aparmış Afrika xalqlarının kəllələrinin niyə muzeydə nümayiş etdirdiklərinə aydınlıq gətirsinlər”.

Ekspert qeyd edib ki, Parisdəki İnsan muzeyində 19-cu əsrdə müstəmləkə müharibələrində öldürülən döyüşçülərin kəllə sümükləri nümayiş etdirilir:

"O ki qaldı Eduard Limonova.  Humanizm və bəşəri dəyərlər haqqında Rusiyada danışa biləcək ən axırıncı adamlardan biri elə odur. Bu ölkədə qeyri - rusların öldürülməsində xüsusi fəallıqları ilə seçilən "skinxet"lərin fəaliyyəti məhz qatı faşist ideologiyasının daşıyıcısı olan Limonov və digərlərinin təşkilatçılıqları ilə baş tutduğu hər kəsə məlumdur.  Atalar yaxşı deyib- "it hürər, karvan keçər". Bizim qələbəmizi həzm edə bilməyənlər o qədər hürsünlər ki, nə fayda”.

Günay
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...