Qədim yeraltı qitələrin sirri açıldı - TƏDQİQAT

Qədim yeraltı qitələrin sirri açıldı - TƏDQİQAT
 ABŞ-ın Kaliforniya Universitetinin alimləri 2900 kilometr dərinlikdə yerləşən qitə böyüklüyündə nəhəng qaya kütləsi tapıblar. Əvvəllər zəif sürətlə hərəkət edən bu böyük birləşmələrin (LLSVP) okean plitələrinin qalıqları olduğuna inanılırdı. İndi onların təbiətinin daha mürəkkəb olduğu ortaya çıxdı. Elmi işin nəticələri "Geokimya, Geofizika, Geosistemlər" jurnalında dərc edilib.

Tədqiqatçıların fikrincə, LLSVP-lər Yerin yaranmasından bəri mövcud olan strukturdur. Onlar planetar nüvənin xarici qabığına bitişikdir. Bunlardan biri Afrika, digəri Sakit Okeanın altındadır. Onun diametri minlərlə kilometrə, qalınlığı isə min kilometrə çatır. Uzun müddətdir ki, elm adamları strukturların okean qabığının parçaları ilə subduksiya nəticəsində mantiyaya düşdüyünü fərz edərək, LLSVP ilə onların üstündəki yer qabığının geokimyəvi tərkibi arasında əlaqə yaratmağa çalışıblar.

Geodinamik modelləşdirmənin nəticələri göstərib ki, yerdən səthə qalxan mantiya plumları şaquli yox, üfüqi vəziyyətdə hərəkət etməlidir. (oxu.az)



OXŞAR XƏBƏRLƏR