Qədim sualtı şəhərlər

Qədim sualtı şəhərlər
Alimlərin sözlərinə əsasən, şəhər qızıl və gümüş heykəllərlə zəngin olub
 

Şəhər anlayışı bizlər üçün adi hal olsa da, etiraf edək ki, sualtı şəhər yenilik hesab edilir. Dünyanın müxtəlif ölkələrində aparılan tədqiqat işləri nəticəsində ayrı-ayrı sualtı şəhərlər aşkarlanıb. Bu şəhərlərdən dördünü sizə təqdim edirik.

 

Misir, Kleopatra sarayı

 

Tədqiqatlar aparıldığından turistlərin girişi qadağandır. Alimlər sualtı sarayda çariça Kleopatra sərdabəsini tapmağa çalışır.

 

Sarayın su altında qalma səbəbi məlum deyil, lakin qazıntılardan sonra sualtı dünyanı sevən istənilən şəxs  Kleopatranın batmış sarayına tamaşa edə biləcək.

 

 

Zyandaohu gölündə yerləşən Şir şəhəri, Çin 

 

Ən gözəl sualtı şəhərdir və dayverlərin ən məşhur məkanıdır. Çünki bu yerin tikintisi məşhur memarlıq nailiyyətləri ilə rəqabət apa bilər.

 

 

Yamaykanın Port-Royal şəhəri 

 

Bu, əsasən, dəniz quldurlarının yaşadığı liman şəhəridir. Şəhərin zəlzələ nəticəsində su altında qaldığı bildirilir. Hadisə 1692-ci ildə baş verib. Hər ötən min ildə şəhər getdikcə daha dərinə enir.

 

 

Hindistan, Kambey körfəzi 

 

Əfsanəvi şəhər Hindistanın Krişna adlı tanrısının adı ilə adlandırılıb. Alimlərin sözlərinə əsasən, şəhər qızıl və gümüş heykəllərlə zəngin olub.

 

Bir çox tədqiqatçı nağılabənzər dərəcədə varlı şəhərin mövcudluğuna inanmırdı, lakin 2000-ci ildə 40 metr dərinlikdə əfsanəvi şəhərin mövcudluğunu sübuta yetirən sualtı tikili və istehkamlar aşkar edildikdən sonra hər şey dəyişdi.

 

 


OXŞAR XƏBƏRLƏR