Qəddafinin oğlunun prezidentliyə namizədliyi etirazla qarşılanıb – “Müharibə çıxaracaq...”
12:17 / 20.11.2021
1267
Liviyanın
Tripoli və Misrata şəhərlərində yüzlərlə insan ölkənin şərqindəki qeyri-qanuni
silahlı qüvvələrin lideri Xəlifə Haftar və Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin
oğlu Seyfulislam Qəddafinin prezident seçkilərinə qatılmalarına reaksiya verib.
Sfera.az
xəbər verir ki, yüzlərlə liviyalı paytaxt Tripolinin Şəhidlər Meydanına
toplaşaraq dekabrın 24-nə planlaşdırılan seçkilərdə Haftar və Qəddafinin namizədliyinə
etiraz edib.
"Namizədliyə
yox” yazılmış plakatlar daşıyan nümayişçilər üzərlərində üstündən xətt çəkilmiş
fotoşəkilləri olan Haftar və Qəddafinin ərizələrinin ləğvini tələb ediblər.
Etirazçılar
"Qatillər prezidentliyə namizəd ola bilməz”, "Konstitusiyaya zidd seçkilər
müharibəyə gətirib çıxarır” və "Hərbi idarəçiliyə və müharibə cinayətkarlarına
yox” yazılı plakatlarla namizədlərə reaksiyalarını bildiriblər.
Qeyd edək
ki, Seyfulislam Qəddafi noyabrın 14-də, Xəlifə Haftar isə noyabrın 16-da
prezident seçkiləri üçün müraciət edib.
Dekabrın 24-də ölkədə keçiriləcək seçkilərdə Haftar və Qəzzafi ilə yanaşı, keçmiş daxili işlər naziri Fəthi Başağa da namizədlik üçün müraciət edib.
Əzizə Zeynal