Qəddafinin oğlu həbsxanadan çıxdıqdan dərhal sonra Türkiyəyə getdi

Qəddafinin oğlu həbsxanadan çıxdıqdan dərhal sonra Türkiyəyə getdi
Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Saadi Tripoli həbsxanasından çıxdıqdan dərhal sonra təyyarə ilə Türkiyəyə uçub.

Sfera.az-ın məlumatına görə, Ədliyyə Nazirliyindəki mənbə "Agence France-Presse”ə bildirib ki, Saadi bir neçə il əvvəl çıxarılan məhkəmə qərarına əsasən həbsdən azad edilib.

Baş prokuror bütün lazımi şərtlər yerinə yetirildikdən sonra qərarın icrasını istəyib.

Xatırladaq ki, 2011-ci ildə Müəmmar Qəddafi rejimi devrildikdən sonra ailəsi və yaxınlarının həbsinə qərar verilmişdi. 1973-cü il təvəllüdlü Saadi Nigerə qaçsa da, 2014-cü ildə Liviyanın yeni hakimiyyət orqanlarına təhvil verilib.

(APA)

OXŞAR XƏBƏRLƏR