Qəbul imtahanlarının saatı dəyişdirildi

Qəbul imtahanlarının saatı dəyişdirildi

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib.

DİM-dən Sfera.az-a verilən məlumata görə, imtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. DİM tərəfindən keçirilən qəbul imtahanları (o cümlədən iyulun 10-da keçiriləcək SABAH qruplarına qəbul imtahanı) isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. Abituriyentlər nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar (əvvəllər saat 11:00-da başlayırdı - "Report").

Abituriyentlər "İmtahana buraxılış vərəqəsi”ndə göstərilən vaxtda imtahan binasında olmalıdırlar. "İmtahana buraxılış vərəqəsi”ndə, həmçinin imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və s. məlumatlar qeyd olunur. Buraxılış vərəqələri imtahandan 1 həftə öncə Mərkəzin saytına yerləşdirilir.

Abituriyentlərə özləri ilə şəffaf plastik qabda qazsız su da gətirmələri tövsiyə olunur.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Məktəblər bağlanır? - RƏSMİ AÇIQLAMA

"Məktəblərin bağlanmasını istəmirik. Mümkün qədər əyani təhsil formasının davam etməsini istəyirik”. Sfera.az  APA-ya istinadən xəbər verir ki, bunu ...

Nə qədər müəllim vaksinasiyadan keçib? - AÇIQLAMA

"Pandemiya bitməyib. Vaksinasiya pandemiyanın bitməsi üçün ən qısa yoldur. Tədris ilinin ləngimə ilə başlaması da məhz bu səbəbdən idi”. Sfera.az xəbər ve...

Tələbə təhsil kreditləri bu güzəştlərlə veriləcək - SİYAHI

Xəbər verdiyimiz kimi, Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası təsdiq edilib. Sfera.az xəbər verir k...

Qəbul imtahanlarının saatı dəyişdirildi

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib. DİM-dən Sfera.az-a verilən məlumata görə, imtahanlar saat 10:00...

Repetitor xidmətləri ilə bağlı yeni tələblər açıqlandı

Azərbaycanda fərdi tədris və repetitor xidmətləri zamanı onlayn tədris prosesinə üstünlük verilməlidir. Sfera.az xəbər verir ki, bu, Səhiyyə Nazirliyinin ...

Məktəblərdə "Son zəng"in keçirilməsi qaydası MƏLUM OLDU

Azərbaycanda bütün ümumi təhsil müəssisələrində "Son zəng" tədbirlərinin təşkili qaydası müəyyənləşib. Sfera.az-ın məlumatına görə, bununla bağlı Təhsil N...