Qəbul imtahanları onlayn keçirilsin, dərslər avqustun 1-də başlasın” - TƏKLİF

Qəbul imtahanları onlayn keçirilsin, dərslər avqustun 1-də başlasın” - TƏKLİF

"Buraxılmış dərslər yay aylarında keçirilə və ya növbəti tədris ili avqustun 1-dən başlaya bilər”


Sfera.az-a açıqlamasında bu sözləri tədris müəssisələrində dəsrlərin başlanma vaxtının uzadılması və keçirilməyən dəsrlərin hansısa formada kompensasiya edilib-edilməyəcəyilə bağlı yaranan narahatlıqlara aydınlıq gətirərkən təhsil eksperti Kamran Əsədov deyib.


Ekspertin sözlərinə görə, indi keçirilməyən dərslərin kompensasiya edilməsi daha aktualdır: "Martın 3-dən etibarən orta və ali ümumtəhsil müəssisələrində təhsil prosesi dayanıb. Yəni, təhsil prosesi donub. Belə vəziyyətdə keçirilməyən dərslərin kompensasiyası ən aktual məsələdir. Yaranmış vəziyyət xüsusən də ibtidai və IX, XI sinifdə oxuyan şagirdlərə təsir göstərir. Dərs prosesində ibtidai sinif şagirdlərində ilkin vərdiş və bacarıqlar formalaşırdı. Ancaq onların tədris prosesindən bu qədər geri qalmaları müəyyən vərdişləri qavramamalarına gətirib çıxarır. IX, XI sinif şagirdləri isə buxarılış və qəbul imtahanları verməlidirlər. Birdən-birə bu qədər vaxtın dayanması isə onların da müəyyən bilikləri mənimsəməmələrinə gətirib çıxarır. Odur ki, proses kompensasiya edilməlidir”.


Dərslərin kompensasiyası üçün müxtəlif variantların olduğunu deyən K. Əsədovitirilmiş tədris dövrünün yayda, elektron resurslar hesabına keçirilməsini məqsədəuyğun hesab edir: "Kompensasiya üçün bir sıra variantlar var. Aprelin sonuna qədər ölkədə virusa yoluxanların sayında azalma olarsa, yay aylarında dərslər keçirilə bilər. Heç kəs düşünməsin ki, isti yay aylarında birbaşa hamı dərsə gedəcək, yox. Təklif olunur ki, yay aylarında ancaq səhər saatlarında, saat 8.00-dan 10.00-a qədər, hər gün azərbaycan dili, riyaziyyat və xarici dil fənlərinin tədrisi üçün 2 və ya 3 dərs aparılsın. Digər tərəfdən, elektron resurslar hesabına, yəni virtual məktəb yaratmaqla zəruri minimum biliklərin əldə edilməsi istiqamətində iş görülə bilər. Ancaq ən vacib məqam birbaşa sinif otaqlarında dəsrlərin aparılmasıdır. Çünki texniki avadanlıqlar heç də bütün şagirdlər üçün bərabər səviyyədə əlçatan deyil. Ölkəmizdə distant təhsil yoxdur. Olan da onlayn dəsrlərdir”.

 

Həmsöhbətimiz bu müddətdə şagirdlərin ödənişsiz internetlə təmin olunmasını da vacib saydı: "Ölkəmizdə internetin qiyməti də kifayət qədər yüksək, sürəti isə aşağıdır.Ona görə də ən vacib məqamlardan biri şagirdlərin ödənişsiz internetlə təmin edilməsidir. Bu baş verərsə, teledərslər və digər elektron resurslar hesabına yaranmış boşluğu doldura bilərik. İndilikdə buraxılmış dərslərin kompensasiya edilməsində ən optimal variant məhz elektron resurslardır”.

 

Digər variant kimi, təhsil eksperti tədrisin avqustun 1-dən başlanmasını təklif edir: "Yəni avqustun 1-dən 15-nə qədər uşaqlar əvvəlki sinifdəki yarımçıq qalmış bilirləri öyrənəcək. Avqustun 15-dən isə öz normal dərslərinə davam edə bilərlər. Təbii ki, bu da IX, XI siniflərə şamil edilmir”.

 

Kamran müəllim düşünür ki, qəbul imtahanları isə onlayn formada keçirilməlidir: "Qəbul imtahanları bütün hallarda keçiriləcək. Dünyanın ən inkişaf etmiş ölkələrində ali məktəblərə qəbul onlayn formada da baş verir. Azərbaycanda da mövcud vəziyyətdən çıxmaq üçün kənar müdaxiləni neytrallaşdırmaqla onlayn qaydada imtahanı reallaşdıra bilərik. Hazırkı durumda onlayn imtahan yeganə çıxış yoludur”.

 

 

Elçin

Sfer.az


OXŞAR XƏBƏRLƏR

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat...

Milli Məclisin iclası BAŞLADI - 14 məsələ MÜZAKİRƏ EDİLİR 

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 14 məsələ daxil edilib. ...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...