“Qəbul imtahanında keçid balı toplaya bilməyənlər də tələbə adını qazanacaq” – AÇIQLAMA
14:37 / 27.10.2021
957
Xəbər
verdiyimiz kimi, III qrupda dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupları
yaradılıb.
Abituriyent
həm ədəbiyyat həm, də coğrafiya fənnindən imtahan verə bilər. İkisindən də
imtahan verənlər III qrupda bütün ixtisasları seçə biləcək.
Maraqlıdır,
sözügedən dəyişiklik imtahan nəticələrinə hansı şəkildə təsir göstərəcək?
Məsələ
ilə əlaqədar Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov yeni qərarın həm müəllimlər, həm də tələbələr üçün
uğurlu olacağını bildirib:
"Coğrafiya
fənninin III qrupa əlavə ediləcəyi gözlənilən idi, amma bu, yeni formatda həyata
keçirildi. Mövcud yenilik imtahan nəticələrinə ciddi şəkildə təsir göstərməyəcək.
Yeniliyi imtahan nəticəsi aşağı olan abituriyentlərə şans kimi dəyərləndirmək
olar. Belə ki, artıq abituriyentlər təkcə coğrafiya fənnini seçməklə, III
qrupda rahatlıqla tələbə adını qazana biləcəklər. Onu da qeyd edim ki, "Beynəlxalq
münasibətlər” və "Regionşünaslıq” ixtisaslarının III qrupa əlavə edilməsi
abituriyentlərin tələbə adını qazanmaq şansını artıracaq. Bu, həm də coğrafiya
fənni üzrə repititor fəaliyyəti göstərən müəllimlərə də müsbət tədir edəcək”.
Təhsil
eksperti ali təhsil müsəssiələrində qəbul imtahanında keçid balını toplaya bilməyən
abituriyentlər üçün yeni şansın yaranacağını da vurğulayıb:
Əzizə
Zeynal