Qəbizlikdən əziyyət çəkənlər üçün xüsusi RESEPT

Qəbizlikdən əziyyət çəkənlər üçün xüsusi RESEPT

Xüsusilə qadınların tez-tez rast gəldiyi sağlamlıq problemlərindən biri qəbizlikdir. Mütəxəssislər ilk növbədə bildirirlər ki, qəbizlik problemi yaşamamağın ilk yolu bol maye qəbul etmək və aktiv fəaliyyətdə olmaqdır. Türkiyəli dietoloq Hilal Mutlu da qəbizliyin qarşısını almaq üçün düzgün qidalanmağı məsləhət görür. Sfera.az aile.lent.az-a istinadən həkimin bu barədə fikirlərini təqdim edir.

Qəbizlik bağırsaq hərəkətlərində çətinlik, nəcisin sərt və quru olması, nəciz ifrazının uzun müddət və çətin davam etməsi halı ilə müşahidə edilən prosesdir. Sağlam insanlarda nəcisə getmə sayı fərqlidir. Həftədə 3-12 dəfə nəcisə getmə normal qəbul edilir: "Qəbizlik müxtəlif səbəblərdən baş verir. Qidalanma ilə birbaşa əlaqəlidir. Kifayət qədər maye qəbul etməmək və lif qəbulunun az olması, fiziki hərəkət azlığı və yağdan məhdud pəhriz qəbizliyin ən əhəmiyyətli səbəbləri arasındadır. Bədən suyunun 10 faiz azalması qəbizliyə yol açmaq üçün kifayətdir. Bu səbəbdən maye qəbulu çox böyük əhəmiyyət kəsb edir".
 
 
Qəbizliyə səbəb olan digər faktorlar isə hamiləlik, yaşlılıq, bəzi dərmanlar (antidepressantlar, antihipertansif, antasidler və s.), metabolik pozğunluqlar (hipotiroidizm, hiperkalsemi), arxa bağırsaq və sütunun struktur və funksional pozğunluqları, nevroloji anormallıqlar, psixoloji xəstəliklər, dəmir çatışmazlığı kimi hallardır: "Ümumiyyətlə, liflə zəngin qidalar - quru paxlalılar, meyvə, tərəvəz, tam taxıllı məhsullar yemək, bol maye qəbul etmək və bol məşq etmək problemi həll edə bilər. Bu səbəbdən də lif miqdarı artırılmalı, ağ çörək və işlənmiş taxıllar yerinə tam taxıl məhsullar və paxlalılar istifadə edilməlidir".
 
Dietoloq meyvələrin qabığını soymadan yeməyi məsləhət görür. Probiotik xüsusiyyətli qidalar bağırsaq florasına təsir edərək, uzun müddət bağırsağın nizamlı fəaliyyətini təmin edir. Buna görə də gündəlik qidalanmada kefir və probiotik qatığa yer verilməlidir. Hər payda çiy tərəvəz və salatlar yeyilməlidir.
 
 
Səhər oyandıqda bunları edin
 
Gündəlik 2.5-3 litr su içmək vacibdir. H. Mutlu hər hansı bir sağlamlıq problemi olmayanlara gündə 2 fincan razyana, yaşıl çay, çobanyastığı və razyana çayı içməyi məsləhət görür: "Maqneziumla zəngin qidalar bağırsaq fəaliyyətini sürətləndirir, xüsusilə ispanaq, kahı, kərəvəz, təzə paxla, xiyar, qoz-fındıq, badam maqnezium ehtiva etdiyi üçün xeyirlidir. Hər gün içilən 1 ədəd mineral suyunun maqnezium tərkibli olması baxımından qəbizliyə faydası var. Daim idman etmək qəbizlik əlamətlərini azaldır. Gündə ən azı yarım saat piyada yerisəniz, bunun təsirini görəcəksiniz. Hər gün eyni saatda tualetə getməyə çalışın. Tualetə getmə hissi yoxdursa belə, 10-15 dəqiqə oturmaq sizin qəbizlik probleminizi yoluna qoyacaq".
 
Həkim qəbizlikdən əziyyət çəkənlər üçün xüsusi qarışım resepti təqdim edir: "Səhər oyandıqda 1 stəkan otaq temperaturunda olan su və 1-2 ədəd quru ərik yeyin. Əgər qəbizlikdən uzun müddətdir əziyyət çəkirsinizsə, 2 ədəd quru əncir, 2 ədəd quru ərik, 2 ədəd quru gavalını xırda-xırda doğrayıb, 1.5 stəkan suda qaynadıb için. Daha sonra içinə yarım çay qaşığı zeytun yağı, 1 çay qaşığı kətan toxumu əlavə edib blenderdən keçirin. Səhər ac qarına bu qarışımdan 1 çay qaşığı qədər 2 stəkan ilıq su ilə yeyin. Qəbizlik problemini həll etmək üçün laksatif tərkibli dərmanlar, bitki çayları və imalə həkim məsləhəti ilə olmalıdır. Çünki bunların istifadəsi bağırsaq tənbəlliyinə səbəb olar. Əgər iki həftədən uzun müddətdir ki, şiddətli qəbizliyiniz varsa, yuxarıda bəhs edilənlərə əməl edin. Faydasını görməsəniz, həkim və ya dietoloqla məsləhətləşin".


OXŞAR XƏBƏRLƏR