“Qəbələ”dən yeni transfer

“Qəbələ”dən yeni transfer
Yeni mövsümün hazırlığını davam etdirən "Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” şimali makedoniyalı İsnik Alimi ilə güclənib. 27 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Orta sahə oyunçusunun son klubu İtaliya "Atalanta”sı olub. 2015-2021-ci illərdə Berqamo təmsilçisinə məxsus olan İsnik bu müddətdə icarə əsasında İtaliya klubları "Makerateze” (2015-16), "Forli” (2016-17), "Viçentsa” (2017-18), "Rimini” (2018-19), "İmoleze” (2019-20), həmçinin Xorvatiya "Şibenik”ində (2020-21) çıxış edib. O, karyerası ərzində Şimali Makedoniyanın "Ohrid” (2011), Xorvatiyanın "Noviqrad” (2012), İtaliyanın "Kyevo” (2014-15) və "Lumezzane” (2014-15, icarədə) klublarının da formasını geyinib. Alimi Şimali Makedoniyanın U-19 (2011-12), Albaniyanın U-21 (2014-16) milli komandalarının da şərəfini qoruyub.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Premyer Liqası: "Zirə" səfərdə "Səbail"ə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib. Sfera.az məlumatına görə, günün ikinci matçında "Səbail" "Zirə"ni qəbul edib. ...

Hidayət Heydərov qızıl medal qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb. Sfera.az xəbər verir ki, 73 kiloqra...

Qurban Qurbanov: "Qalib gəlməmişiksə, bunda heç nə axtarmırıq"

"Belə oyunlar il ərzində 1-2 dəfə olur. Kənardan oyun sönük görünürdü, sanki yuxu kimi idi. Amma 1 xal əldə etdik. Qalib gəlməmişiksə, bunda heç nə axtarmırıq"....

Fərid Qayıbov Türk Şurasının baş katibi ilə görüşdü - FOTO

Gənclər və İdman naziri Fərid Qayıbov Türk Şurasının baş katibi ilə görüşüb Gənclər və idman naziri Fərid Qayıbov İstanbulda Türk Şurasının mənzil-qərarga...

Yuri Syomin istefa verdi

Rusiyanın "Rostov" komandasının baş məşqçisi Yuri Syomin istefa verib. Sfera.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat y...

Erdoğan: “Texnofest”i beynəlxalq brendə çevirəcəyik”

"2018-ci ildə "Texnofest” – texnologiya festivalı ilk dəfə keçiriləndə burada 14 texnoloji yarışma təşkil olunmuşdu və 20 min nəfər qatılmışdı. Hazırda isə bu r...