\"Qazprom\" qazın ixrac qiymətini artırdı
12:01 / 09.10.2021
788
Rusiyanın "Qazprom" şirkəti 2021-ci il üçün MDB xaricindəki ölkələrə qaz ixracının orta qiymətini min kubmetr üçün 270 dollardan 295-330 dollara qaldırır.
Sfera.az "İnvesting.com” saytına istinadən xəbər verir ki, bu haqda investisiya şirkəti olan "Sova Capital” "Qazprom” və "Qazprom Export”un qapalı seminarının nəticələrinə əsasən bildirib.
İnvestisiya şirkətinin ekspertləri hesab edir ki, 295 dollar çox mühafizəkar qiymət səviyyəsidir və qazın ixrac qiymətinin 330 dollar, hətta daha yüksək olması mümkündür.
Qeyd edək ki, "Qazprom” MDB ölkələrindən kənarda ən çox qazı Avropaya satır.
Vasif
Sfera.az