Qazın qiyməti nə qədər artırıldı? – SADƏ İZAH

Qazın qiyməti nə qədər artırıldı? – SADƏ İZAH
Tarif Şurasının əhali istehlak qrupu üçün tarif tənzimləməsindən sonra daha çox istehlakçı qazı 20 qəpikdən alacaq.

 

 

Sfera.az qurumun qərarına istinadən bildirir ki, əhali abonentlərini əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.

 

 

Xatırladaq ki, hazırda 2200 kub metrə qədər istehlak edilən qaza görə abonent 10 qəpik ödəyir. İyulun 1-dən 1200 kub metr qaz üçün 10 qəpik ödəniləcək.

 

Tarif Şurasının qərarı ilə elektrik stansiyalarına satılan qazın qiyməti də artırılıb. İyulun 1-dən elektrik stansiyalarına satılacaq təbii qazın qiyməti 8,33 faiz artırılaraq 12 qəpikdən 13 qəpiyə çatdırılıb.

 

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR