Qazın limiti ilə bağlı vacib xəbər - VİDEO

Qazın limiti ilə bağlı vacib xəbər - VİDEO
Məlumdur ki, soyuq havaların üstünlük təşkil etdiyi bölgələrdə daha çox qaz istehlak edilir.
 
Nəticədə 1200 kubmetrlik ilkin limit daha tez aşılır. Amma istər aran, istərsə də dağlıq rayonların sakinləri eyni tariflə ödəniş edirlər. Bu isə qiymətlərin iqlim şəraitindən asılı olaraq müəyyən edilməsini gündəmə gətirir. Bəs fərqli bölgələr üçün fərqli qiymətlər tətbiq edilə bilərmi ? Azəriqaz İstehsalat Birliyi məsələyə aydınlıq gətirib.

"Müxtəlif iqlim şəraitinə malik bölgələrə fərqli qaz tariflərinin tətbiq edilməsi ilə bağlı məsələ gələcəkdə nəzərdən keçirilə bilər". Bunu jurnalistlərə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin departament rəisi Vüqar Qocayev bildirib.

Onun sözlərinə görə şəhər və rayonlar arasında temperatur göstəricilərindən asılı olaraq istər nəzərdə tutulan 1200 kub metrlik ilkin limitin, istərsə də qazın istehlak qiyməti ilə bağlı differensial, yəni fərdi yanaşmanın tətbiqi birbaşa Tarif Şurasının səlahiyyətindədir. Amma gələcəkdə bu məsələyə baxıla bilər.

Vüqar Qocayev bəzi binalarda qaz sayğaclarının bloklarda deyil, eyvanlarda quraşdırılmasına da aydınlıq gətirib. Bildirib ki, həmin sayğacların sökülməsi nəzərdə tutulmur. Çünki bu məsələ bina tikilərkən layihədə nəzərdə tutulmalı idi

Keçirilmiş mətbuat konfransında qazla təmin ediləcək yaşayış məntəqələrindən də danışılıb. Bildirilib ki, cari ildə 55 yaşayış massivi və kənddə qazlaşma işləri aparılıb. 2022-ci ildə isə daha 110 məntəqə qazlaşdırılacaq.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Goldman Sachs”: Neftin qiyməti gələn il 105 dollar olacaq

Son 7 ildə ilk dəfə olaraq "Brent” neftinin qiyməti 88 dollar həddini keçib. Bu gün "Brent” neftinin qiyməti 1,5 dollardan çox artaraq 88 dolları ötüb.   ...

ÜDM-in artım tempi 7 faizdən çox olub – Mikayıl Cabbarov

Pandemiyanın davam etdiyi şəraitdə postmüharibə dövrü olan 2021-ci ildə qeyri-neft sektoru üzrə ÜDM-in artım tempinin 7%-dən çox olması mühüm nailiyyətdir. &...

Azərbaycan niyə üzən məzənnə rejiminə keçə bilmir? – SƏBƏBLƏR

Üzən məzənnə rejiminə keçidin vacib olması ilə bağlı təkliflər yenidən səsləndirilir. Millət vəkili Vahid Əhmədov bildirib ki, manat gec-tez sərbəst buraxılacaq...

Mikayıl Cabbarov: "Ötən il vergi daxilolmaları proqnozu 118% icra edilib"

2021-ci ildə Azərbaycanda vergi daxilolmaları 2020-ci ilə nisbətən 15,5% artaraq 8,5 milyard manat təşkil edib, proqnoz 117,7% səviyyəsində icra olunub. S...

TuranBank-ın Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə texniki yardım layihəsi başa çatdı

TuranBank ASC ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında "Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” ...

Müştəri Bank istifadəçiləri ƏDV-ni avtomatik hesablayıb, ödəyə bilərlər

Kapital Bank Müştəri Bank-da mütəmadi olaraq hüquqi şəxs və fərdi sahibkarlara daha rahat və onlayn xidmətlər təqdim edir. Artıq sahibkarlar Müştəri Bank vasitə...