No Image
No Image

Qazi Sahilə ev və avtomobil veriləcək - RƏSMİ

Qazi Sahilə ev və avtomobil veriləcək - RƏSMİ
"Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək xəsarət alan qazilərimizdən biri olan Həsənli Sahil Rauf oğlunun əlilliyinin qiymətləndirilməsi üçün ilk növbədə müvafiq işçi qrup tərəfindən onun əyani müayinəsi aparılıb”. 

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məlumat yayıb.

Məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, Müdafiə və Səhiyyə Nazirliklərinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələrindən ibarət işçi qrup tərəfindən aparılan əyani müayinənin nəticələri və Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilən Şəhadətnamədəki diaqnoz əsasında qanunvericiliyə uyğun olaraq Sahil Həsənliyə II dərəcə əlillik (müddətsiz) təyin edilib.

"Yəni, əyani müayinənin nəticələri və diaqnoz məlumatları Sahil Həsənlinin aldığı xəsarətin (hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması, sağ bazunun yuxarı 1/3-nin travmatik amputasiyasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı güdülü) yalnız II dərəcə əlillik təyinatına əsas yaradır. 

Sahil Həsənliyə əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar təyin olunub. Qazimizə müvafiq sosial ödənişlər (təqaüd və müavinət) təyin edilib.

Sahil Həsənlinin də müharibə əlilləri üçün nəzərdə tutulan imtiyaz və güzəştlərdən istifadə, eləcə də mənzillə, avtomobillə təmin olunmaq hüququ var. Hələ ötən ay Sahil Həsənli mənzillə təmin olunmaq üçün qeydiyyata götürülüb və yaxın aylarda mənzillə təmin olunacaq. Avtomobillə təmin edilmək üçün də növbəyə alınıb və onun avtomobillə təminatı da həyata keçiriləcək", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bir neçə gün öncə "Qafqazinfo"ya açıqlama verən qazi Sahil Həsənli ona təyin olunan əlillik dərəcəsindən narazı olduğunu bildirmişdi.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Şuşada atəşfəşanlıq oldu - VİDEO

"Arzular gerçəkləşir! Bütün Azərbaycan xalqını təbrik edirəm! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN #QarabağAzərbaycandır #Şuşa". Sfera.az xəbər veri...

Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1454 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Oper...

Bu laborator analizləri pulsuz verə bilərik - SİYAHI

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara ödənişsiz təqdim olunan laboratoriya xidmətlərinin siyahısını açıqlayıb.  Sfera.az xəbər veri...

Şuşada canlı yayımla bayram namazı qılınacaq - VİDEO

Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində Ramazan bayramı namazı qılınacaq.  Sfera.az xəbər verir ki, bununla bağlı Bakı Media Mərkəzi məluma...

DTX əməkdaşları Ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər - FOTO

DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad etmişlər. Sfera.az xəbər verir ki, müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliye...

Space TV-nin yeni rəhbəri istefa verdi - SƏBƏB

Bir neçə gün əvvəl "Space" teleradio şirkətinə rəhbər təyin olunan Ülviyyə Mikayılova istefa verib. Sfera.az Nyus24.az-a istinadən xəbər verir ki, Ü.Mikay...