Qazi atasının evini satdırdı, 17 il aylıq məvacibinin yarısını aldı... “İmam Mehdi”dən daha bir ŞİKAYƏT

Qazi atasının evini satdırdı, 17 il aylıq məvacibinin yarısını aldı... “İmam Mehdi”dən daha bir ŞİKAYƏT
"12-ci İmam Mehdi” kimi tanınan Aqil Babayevin dələduzluğunun daha bir qurbanı 2-ci Qarabağ müharibəsi qazisi Ələkbər Nəftəliyevin atası Aydın Naftəliyevdir. Aqil Babayev zərərçəkənin etibarından sui-istifadə edərək, 75000 (yetmiş beş min) manat məbləğində pulunu ələ keçirərək, ona külli miqdarda maddi ziyan vurub.

Sfera.az-ın məlumatına görə, Aydın Naftəliyev deyir ki, Aqil Babayevlə 2004-cü ildə tanış olub. Elə o zamandan etibarən də müxtəlif vədlərlə aldadılıb:

"Həmin vaxt mən Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 6 saylı CÇM-də (ədliyyə mayoru) baş əməliyyat müvəkkili vəzifəsində işləyirdim. Aqil Babayev əvvəlcə özünü dindar insan kimi təqdim etmişdi. Bir müddət sonra isə o, özünü "İmam Mehdi” kimi təqdim edərək, Allahın elçisi olduğunu və yalnız ona ibadət etməyi, onun göstərişlərinə tabe olmağı təbliğ etməyə başladı. O, mənim Ədliyyə orqanlarında qulluğumun "şeytan əməli” olduğunu və şeytana xidmət etdiyimi bildirərək, məni xidmətdən uzaqlaşmağa, ona qulluq etməyə məcbur edib. 2006-cı ildə səhhətimdə yaranmış xəstəliklərlə əlaqədar təqaüdə buraxıldım.

Aqil Babayevi tanıdığım ilk aylardan onun göstərişi ilə hər ay qazancımın və təqaüd kimi aldığım məvacibin minimum 2,5 faizi hissəsini ona vermişəm. Mən 2004-cü ildən 2021-ci ilin aprel ayına kimi ona ümumilikdə 10000 (on min) manatdan artıq zəkat qismində pul vermişəm. O, isə kasıb və dindar ailələr üçün yığılan zəkat pullarını öz xərclərinə sərf edib.  

Bundan əlavə, 2018-ci ilin sonlarında Aqil Babayev Bakı şəhəri, Xətai rayonu ərazisində kasıb və dindar ailələr üçün yüksəkmərtəbəli bina inşa etdirdiyini, lakin işlərinin tamamlanması üçün ona təcili pul lazım olduğunu dedi və mənzilimi dəyər-dəyməzə satıb pulları ona verməyimi bildirdi. Dedi ən geci bir il ərzində inşa etdirdiyi binada mənə təmirli və ümumi sahəsi 150 k.vm mənzil verəcək. Mən ona inanıb 2018-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi 27, mənzil 8 ünvanında yerləşən mənzilimi 65000 (altmış beş min) manata sataraq pulları şəxsən ona verdim. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Aqil Babayev mənə verdiyi vədi yerinə yetirmədi. Mənə sonradan məlum oldu ki, Aqil Babayev heç bir tikinti işi ilə məşğul olmur və məni bu qədər zamandır aldadırmış. Halbuki, evimin real bazar dəyəri həmin vaxt  90000 (doxsan min) manat idi.”

Xatırladaq ki, Aydın Naftəliyev 2-ci Qarabağ müharibəsi qazisi Ələkbər Nəftəliyev atasıdır.

QEYD: Aqil Babayevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar da bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
 
İqtisadiyyat.az 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

DİN - dən sumqayıtlı meyxanaçının həbsinə münasibət - RƏSMİ

Daxili İşlər Nazirliyi (DİN) meyxanaçı Cavid Babaşovun (Cavid Sumqayıtlı) saxlanılmasına münasibət bildirib. Sfera.az bildirir ki, DİN-in Mətbuat Xidmətin...

Baş prokurorluq Sənay Qəhrəmanlı haqqında MƏLUMAT YAYDI

Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması ilə bağlı cinayət işi açılıb. Sfera.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib k...

Tanınmış meyxanaçı Sumqayıtda saxlanıldı – Səbəb

Tanınmış meyxanaçı Cavid Sumqayıtlı saxlanılıb. Sfera.az xəbər verir ki, o, bir neçə gün öncə Sumqayıt Şəhər Polis əməkdaşları tərəfindən yaxalanıb. ...

Eldar Həsənovdan YENİ XƏBƏR

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov yenidən Dövlət Təhlükəsizliyi Xidmətinin...

Azad edilmiş ərazilərə narkotik keçirmək istəyən şəxs saxlanıldı

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə işğaldan azad edilmiş ərazilərə narkotik keçirmək istəyən şəxs saxlanılıb. DİN-in Mətb...

Azərbaycanda keçmiş məmur HƏBS EDİLDİ - SƏBƏB

Bərdədə keçmiş bələdiyyə sədri rüşvətə görə həbs edilib. Bərdə Rayon Prokurorluğundan Sfera.az-a verilən məlumata görə, Bərdə rayonu, Şorəlli kənd bələdiy...