Qazaxıstandakı iğtişaşların məsuliyyətini öz üzərinə götürdü - FOTO

Qazaxıstandakı iğtişaşların məsuliyyətini öz üzərinə götürdü - FOTO
"Bank Turan Alem”in keçmiş rəhbəri Muxtar Ablyazov özünü Qazaxıstandakı müxalifətin və etiraz aksiyalarının lideri adlandırıb.

Sfera.az  xəbər verir ki, bu barədə məlumatı "Reuters” agentliyi yayıb.

Hazırda xaricdə gizlənən qazax bankirin sözlərinə görə, Almatı şəhərindəki etirazçılar hər gün ondan necə hərəkət edəcəklərini soruşurlar.

Ablyazov qeyd edib ki, Qazaxıstana qayıtmağa və müvəqqəti hökumətə rəhbərlik etməyə hazırdır. Lakin bir şərtlə ki, etiraz aksiyası yetərli səviyyəyə çatsın. O, həmçinin vurğulayıb ki, aksiyaların koordinasiyası üçün Qərbdən pul vəsaitləri almayıb.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi yanında İstintaq Komitəsi 2010-cu ildə Muxtar Ablyazovu qiyabi olaraq 4,5 milyard dollar kredit verməklə dələduzluq etməkdə ittiham edib. 2011-ci ildə isə Qazaxıstanın Baş Prokurorluğu biznesmenin ekstradisiyası ilə bağlı sorğu göndərib, lakin Ablyazov siyasi sığınacaq alıb.

2012-ci ilin fevralın 16-da isə London məhkəməsi "Bank Turan Alem”in vəsatəti üzrə Muxtar Ablyzovu məhkəmənin qərarına hörmət etməməsinə görə 22 ay müddətinə azadlıqdan məhrum edib. Sahibkarın özü hökmdə iştirak etməyib və onun harada olduğu bilinməyib.

2020-ci ilin sonunda isə Moskvanın Taqansk Məhkəməsi Muxtar Ablyazov və onun tabeliyində olan  bir neçə əməkdaş barəsində qiyabi hökm çıxarıb. Bankir bu zaman 58 milyard rubl həcmində vəsaiti mənimsəməkdə ittiham edilərək qiyabi olaraq 15 il müddətə azadlıqdan məhrum edilib.

O, hazırda Parisdə yaşayır.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...