Qazaxıstanda vəziyyət: saxlanılanların sayı 8 minə çatdı
12:33 / 10.01.2022
684
Ölkədə vəziyyət
sabitləşib. Saxlanılanların sayı 7939-a çatıb.
Sfera.az xəbər
verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi açıqlama yayıb.
"Məlumata
görə, həyata keçirilən əməliyyatlarla terror təhlükəsi yaradan məntəqələr zərərsizləşdirilib.
Almatı, Qızılorda, Taldıkorqan və Taraz şəhərlərində terrorçular tərəfindən ələ
keçirilən bütün inzibati binalar azad edilib. Əhəmiyyətli strateji strukturlar
və silah-sursat anbarları mühafizə olunub.
Turan Rzayev