Qazaxıstanda qalmaqal: azərbaycanlı şahmatçını ölkədən buraxmırlar

Qazaxıstanda qalmaqal: azərbaycanlı şahmatçını ölkədən buraxmırlar
Astanada komandalar arasında şahmat üzrə dünya çempionatı başa çatdıqdan sonra misli görünməmiş hadisə baş verib və Azərbaycan yığma komandası bilaixtiyar həmin hadisələrin mərkəzinə düşüb.

Belə ki, Astana hava limanında məlum olub ki, Azərbaycan yığmasının şahmatçısı Eltac Səfərli Qazaxıstanı tərk edə bilməz. İş burasındadır ki, Eltacın və bütün komandamızın yaşadığı mehmanxanada onun qeydiyyatı rəsmiləşdirilməyib. Bu səbəbdən şahmatçı təyyarəyə buraxılmayıb. Yoldaşı ilə həmrəylik əlaməti olaraq, Rauf Məmmədov da uçmaqdan imtina edib və Eltacla qalıb.

Şahmatçılarımızın bildirdiklərinə əsasən, Qazaxıstan Şahmat Federasiyasının mövqeyi təəccüb doğurmaya bilməz. Belə ki, federasiya nəinki biletlərin əldən çıxmasına görə pulların kompensasiyasından imtina edib, həmçinin azərbaycanlı idmançılara kömək etməkdən imtina edərək, martın 18-də Eltac Səfərlinin məhkəmə qarşısında cavab verəcəyini bildirib. Nəzərə almaq lazımdır ki, bu hadisədə şahmatçının heç bir günahı yoxdur, bütün bu olanların yeganə səbəbkarı dünya çempionatının təşkilatçılarıdır!

Rauf Məmmədov virtualaz.org-a bildirib ki, Qazaxıstan federasiyası onlara son dərəcə bivec yanaşıb, lakin müəyyən insanların müdaxiləsindən sonra məhkəmənin bu gün keçirilməsi mümkün olub. Bu dəqiqələrdə şahmatçılarımız məhkəmədədir və ümid edirlər ki, nəhayət, Astananı tərk edə biləcəklər.Virtualaz.org

OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...