Qazaxıstan MN: \"Terrorçular tamamilə məhv edilənə qədər əməliyyatlar davam etdiriləcək\"

Qazaxıstan MN: \
Qazaxıstanda yanacağın bahalaşmasına etirazlar nəticəsində başlayan hadisələrdə iştirak edənlərin müəyyən edilərək tutulması istiqamətində işlər davam etdirilir.

Sfera.az bildirir ki, bu barədə Qazaxıstan müdafiə nazirinin müavini Sultan Kamaletdinov və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Sülhməramlı Qüvvələrinin komandanı Andrey Serdyukov birgə bəyanatla çıxış ediblər. Ölkədə vəziyyətin stabilləşdiyini və nəzarət altında olduğunu bildirən Kamaletdinov, "Hazırda antiterror əməliyyatları davam edir və terrorçular tamamilə məhv edilənə qədər əməliyyatlar davam etdiriləcək", - deyə söyləyib. O, həmçinin Qazaxıstan xalqına göstərdiyi dəstəyə görə KTMT sülhməramlı qüvvələrinə təşəkkür edib.

Serdyukov isə KTMT Şurasının qərarına əsasən, sülhməramlı qüvvələrin Qazaxıstan ərazisinə yeridilmə prosesinin başa çatdığını bildirib. Sülhməramlı qüvvələrin artıq mühüm inzibati, hərbi və sosial binaları mühafizə altına aldığını deyən Serdyukov vəziyyət tam sabitləşənə qədər fəaliyyətlərinin davam edəcəyini vurğulayıb.

Digər tərəfdən, prezident Tokayev etirazlar zamanı ölkəyə 212 milyon dollar zərərin dəydiyini açıqlayıb.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR