Qazaxda ailə cinayəti: Qardaş qardaşı bıçaqladı
22:00 / 06.09.2021
2235
Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb.
1974-cü il təvəllüdlü Qaracayev Mustafa Məhəmməd oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, cərrahi əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 47 yaşlı kişini qardaşı bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
(apa)