Qayınlarını tutdurmaq üçün GÖRÜN NƏ ETDİ? - FOTOLAR

Qayınlarını tutdurmaq üçün GÖRÜN NƏ ETDİ? - FOTOLAR
Xızıda kişi barmaqlarını doğrayıb.

Sfera.az-ın İTV-yə istinadən məlumatına görə, özünə xəsarət yetirən Şəki sakini Süleyman Məşədiyev daha sonra polisə müraciət  edib. O, müraciətində barmaqlarını qayınlarının kəsdiyini bildirib. 

Hadisə ilə bağlı polis əməkdaşları araşdırma aparıb. Araşdırma zamanı fakt təsdiqini tapmayıb.

Məlum olub ki, yeznə S. Məşədiyev bu hadisəni qisas məqsədilə edib. O, mübahisə etdiyi qayınlarını cəzalandırmaq üçün sol əlinin şədahət barmağını kəsib. Hadisəni özü törədib polisə yalan məlumat verən şəxs bununla qayınlarının məsuliyyətə cəlb edilməsini istəyib.

Məlumata görə, S.Məşədiyev saxlanılıb.

OXŞAR XƏBƏRLƏR