No Image

Qayınanasını amansızcasına öldürən qadın hökmdən narazıdır

Qayınanasını amansızcasına öldürən qadın hökmdən narazıdır
 Bakıda qayınanasını öldürməkdə təqsirli bilinən 36 yaşlı Mədinə Qreçneva barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Sfera.az xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, M.Qreçneva Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cü (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə təqsirli bilinib.

Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzısı verilib.

Hadisə ötən il sentyabrın 18-də paytaxtın Xətai rayonu Telnov küçəsi 3, mənzil 91 ünvanında baş verib.
70 yaşlı Valentina Qreçnevanın oğlu Alik Qreçnev işdən evə qayıdan zaman anasının qan içində olduğunu görüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları yaşlı qadının baş nahiyəsində bir neçə xəsarət aşkar ediblər. Keçirilən əməliyyat-istintaq tədbirləri zamanı ailənin gəlini Mədinə Qreçneva şübhəli şəxs qismində saxlanılıb. 

İlkin dindirmə zamanı M.Qreçneva cinayəti etiraf edib.

Evliliyin ilk günündən etibarən qayınanasının onunla yola getmədiyini, oğlundan onu boşamasını tələb etdiyini deyib. Ailədaxili narazılıqlar səngimək bilməyib və Mədinə oğlunu da götürərək ər evini tərk edib. Amma həyat yoldaşı ilə əlaqəsini kəsməyib. Qayınanası evdə olmadığı zamanlar əri Aliklə evdə görüşüb. Mənzilin açarının biri Mədinədə olub. Növbəti dəfə evə gələrkən dəhlizdə qayınanası ilə rastlaşıb. Qayınana-gəlin arasında yaranan mübahisə qansız ötüşməyib.

Məhkəmə prosesində M.Qreçneva ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində qayınanasını öldürmək niyyəti olmadığını, hadisə baş verən gün 70 yaşlı Valentinanın ona bıçaqla hücum çəkdiyini, özünü qorumaq üçün masadakı boş araq şüşəsi ilə onun başına zərbə vurduğunu göstərib: "Bir əlində bıçaq, bir əlində də boş dixlofos qabı üstümə hücum çəkdi. Onun hücumunu dəf etmək üçün araq şüşəsi ilə dörd dəfə başına vurdum. Üzərimə gəldiyi üçün özümü müdafiə etmişəm”. (report.az)
 

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev BMT-də videomüraciətlə çıxış etdi - VİDEO

 Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib. Sfera.az x...

Səfərbərlik Xidmətindən əhaliyə müraciət - VİDEO

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanuna əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları planlı şəlildə hərbi təlimə çağırılırlar...

Bakıda güclü yanğın başlayıb - VİDEO

 Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın başlayıb.     Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirliyin D...

Bu mağazalarda zər atanların əksəriyyəti qalib gəlir – ƏN ŞANSLI KONTAKT HOME MAĞAZALARI

  Artıq 1000-dən çox müştəri Kontakt Home-un sevindirən "Şeş-Qoşa” kampaniyasından aldıqları məhsulları pulsuz aparıblar. Kontakt Home ən şanslı mağazal...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı - ÇAĞIRIŞ

  "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxla...

Azərbaycan Prezidentinin xüsusi xidmət orqanlarının fəaliyyəti ilə bağlı sirli mesajı VİDEO

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron” yatağının dəniz əməliyyat...