“Qayğı - sağlam nəsil naminə” İctimai Birliyi dəstək aksiyasını davam etdirir

“Qayğı - sağlam nəsil naminə” İctimai Birliyi dəstək aksiyasını davam etdirir
 

"Qayğı - sağlam nəsil naminə” İctimai Birliyi xüsusi karantin rejimi günlərində "Biz birlikdə güclüyük” şüarı altında dəstək aksiyasını davam etdirir.

Sfera.az xəbər verir ki, birliyin nümayəndələri "Daun sindromlu şəxslərin reabilitasiya mərkəzi”ndə xüsusi qayğıya ehtiyacı olan və "Qayğı reablitasiya mərkəzi”ndə serebral iflicdən müalicə alan uşaqların ailələrinə növbəti dəfə yardım paylayıblar.

Bu çətin günlərdə, birliyin himayəsində olan hər bir uşağın səhhəti ciddi nəzarətdə saxlanılır, eləcə də onların ailə vəziyyətinə xüsusi diqqətlə yanaşılır.

"Evdə qal” şüarına uyğun olaraq birliyin himayəsində olan uşaqlar karantin rejiminin tələb etdiyi bütün qaydalara tam riayət edirlər.

"Qayğı-sağlam nəsil naminə” İctimai Birliyin nümayəndələri həmçinin aztəminatlı ailələrə və Qarabağ əlillərinə də baş çəkib, onlara ərzaq paylayıblar.

Qeyd edək ki, "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilib.

İctimai Birliyə "Qayğı Uşaq Reabilitasiya Mərkəzi” və "Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi” daxildir.



OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...