“Qatarlar “28 May” stansiyasında dayanmayacaq”- Polis qabaqlayıcı tədriblərə başlayıb

“Qatarlar “28 May” stansiyasında dayanmayacaq”- Polis qabaqlayıcı tədriblərə başlayıb
"Daxili İşlər Nazirliyi müxalifətin qeyri-qanuni aksiyası zamanı vətəndaşların təhlükəsizliyini təmin etmək üçün radikal tədbirlərə əl atıb”.

Sfera.az xəbər verir ki, bu barədə virtualaz.org saytı məlumat yayıb.

Məlumatda hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla bildirilir ki, bu gün saat 12: 00-dan 16: 00-dək metronun "28 May” stansiyasına aparan prospekt və küçələr bağlanacaq (Söhbət həm də Azadlıq prospekti və ona bitişik küçələrdən gedir).

"Bakı Metropolitenin işində də müəyyən dəyişikliklər edilib. Belə ki, saat 13: 00-dan 16: 00-dək qatarlar "28 May” stansiyasında dayanmayacaq, ona və "Cəfər Cabbarlı” stansiyasına giriş bağlanacaq”- deyə sayt bildirir.

Xatırladaq ki, müxalif qüvvələrin birləşdiyi Milli Şura tərəfindən bu gün saat 15.00-da 28 May metrostansiyasının qarşısındakı meydanda razılaşdırılmamış kütləvi aksiya təyin olunub. Hakimiyyət orqanları isə aksiyanın həmin ərazidə keçirilməsinə razılıq verilmədiyini bildirərək təşkilatçılara aksiyanın keçiriləcəyi təqdirdə sərt tədbirlər görüləcəyi haqda xəbərdarlıq edib.

OXŞAR XƏBƏRLƏR

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI - FOTO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub.   ...

"İranın nüvə bombası hazırlaya bilməsinə həftələr qalıb" - MAQATE rəsmisi

"İranın nüvə bombası hazırlamaq üçün kifayət qədər materiala malik olmasına aylar deyil, həftələr qalıb".   Sfera.az  xarici KİV-...

Degenerativ xəstəliklər nədir və həyati təhlükəsi varmı?

  Degenerativ sinir xəstəlikləri ciddi və ya həyati təhlükə yarada biləcək xətəliklərdir. Bu xəstəliklər balans, hərəkət, nitq, tənəffüs və ürək fu...