Qatarlar 12 dəqiqə yubandı, sərnişinlər düşürüldü - Metroda nə baş verib?
13:33 / 20.09.2021
1160
Xəttə verilmiş sınaq qatarında nasazlıq yarandığı üçün "Memar Əcəmi" stansiyasına köməkçi qatar verilib.
Bu barədə Sfera.az-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, qatarda olan sərnişinlər düşürülüb:
"Köməkçi qatardan sərnişinlər düşürülüb. Sınaq qatarı xətdən çıxarılıb. Ümumən iki qatar arasında 12 dəqiqə yubanma olub".
Əzizə Zeynal
Sfera.az