Qarın yağması koronavirusu zəiflədəcəkmi? – Həkim əksini düşünür, çünki...

Qarın yağması koronavirusu zəiflədəcəkmi? – Həkim əksini düşünür, çünki...
Hazırda dünyada, eləcə də Azərbaycanda koronavirusla mübarizə aparılır. Digər tərəfdən insanlar qarın yağması və havanın şaxtalı keçməsinin yoluxucu xəstəliklərin qarşısını aldığına inanırlar. Bunu koronavirusa aid edənlər də var.

Görəsən, qarın yağması koronavirusun yayılmasının qarşısını ala bilərmi?
 
Tibb üzrə fəlsəfə doktoru Rafiq Bayramov Sfera.az-a danışarkən şaxtalı, qarlı havanın əksinə, mənfi tərəflərinin ola biləcəyini vurğulayıb:

"İnsanların soyuqlaması, immunitetin zəifləməsi hesabına bu virusun yayılması mümkündür. Koronavirus ətraf mühitdə onsuz da uzun müddət yaşama qabiliyyətinə malik deyil. Yəni, qar oldu, ya olmadı, xarici mühitdə çox yaşamır. Ona görə də hazırda infeksiyanın əsas rezervuarı koronavirusa yoluxan və xəstələnən  insanlardır. Yoluxmuş insanların sayı, infeksiya mənbəyi çox olarsa yoluxma sayı da çoxala bilər. İnfeksiya zəncirinin qırılması yoluxma sayının azalmasında çox vacibdir. Burada da izolyasiyaların təşkili, qoruyucu maskalardan istifadə, sosial məsafənin saxlanılması və digər önləyici tədbirlərin hamısı önəmlidir. Qar yağdığına görə koronavirusun kökünün kəsiləcəyini düşünmürəm”.

Mütəxəssis həmçinin vurğulayıb ki, havanın kəskin dəyişməsi insanların səhhətinə pis təsir edir: "Çünki insan orqanizminin yeni iqlim şərtlərinə adaptasiya olması üçün müəyyən qədər vaxt lazım olur. Temperaturun bir gün ərzində 8-10 dərəcə dəyişməsi insan orqanizminin bu dəyişkənliyə uyğunlaşmamasına və bir çox xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Bu, eyni zamanda koronavirusla yoluxanlarda xəstəliyin kəskin klinik əlamətlərlə biruzə etmiş formada getməsinə səbəb olur. Qarın yağması soyuqlamanın, orqanizmin müqavimətinin aşağı düşməsi səbəbilə koronavirus xəstələrinin bir qədər ağırlaşmasına gətirib çıxara bilər”.

Müsahibimiz daha çox yaşlı qrup və yanaşı xəstəlikləri olan insanların ehtiyatlı olmasını tövsiyə edib: "Xroniki xəstəliyi, şəkərli diabet, ürək qan-damar patologiyaları olanlar xüsusilə ehtiyyatlı davranmalıdır”.
 
Günay Rəsulqızı
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR - Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...