Qardaşa köməyə gedənlər Türkiyə mediasında - VİDEO
23:55 / 31.07.2021
6468
Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsinə Azərbaycandan göndərilən yanğınsöndürənlər də cəlb olunub.
Sfera.az-ın məlumatına görə, Türkiyənin Demirören Xəbər Agentliyi (DHA) azərbaycanlı yanğınsöndürənlərlə bağlı süjet hazırlayıb.
DHA mikrofonuna danışan FHN əməkdaşları qardaş ölkədə baş verən yanğının söndürülməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər.