QARAYEVİN DAĞIDICI TAMAHI, RÜŞVƏT PİRAMİDASI... - Deputatdan naziri bitirəcək yazı

QARAYEVİN DAĞIDICI TAMAHI, RÜŞVƏT PİRAMİDASI... - Deputatdan naziri bitirəcək yazı
 "Azərbaycan mədəniyyətini Qarayev zehniyyətinin həbsindən azad etməyincə,  bir buxov kimi mədəniyyətimizin potensialına ağır zərbə vurmağa davam edəcəkdir"
 
BAZAR VƏ YEMƏKXANA MƏDƏNİYYƏTİ
 

Yaşadığım Zabrat qəsəbəsində Sovet dövründə, bəlkə də ondan əvvəl tikilmiş əzəmətli bir Mədəniyyət Evi var.

İllərdir bu köhnə, içərisi uçulub tökülmüş, pəncərələri dağılmış Mədəniyyət Evinin arxa bağçasında çürümüş taxtaların üzərinə bərkidilmiş brezent örtüklərlə piştaxtalarının üstü qapadılmış kiçik bir kənd təsərrüfatı məhsullarının satış bazarı var, yandan sağ tərəfində isə binanın həyətinə girmiş ucuz yeməklərin və ayaqüstü spirtli içkilərin məkanı kimi tanınan kiçik bir yeməkxana yerləşir. Hər dəfə buradan keçərkən ürək ağrısı ilə düşünürəm ki, bu cür böyük bir qəsəbədə necə ola bilər ki, belə bir Mədəniyyət Evi illərdir təmirsiz və istifadəsiz qalsın. 

Həmin Mədəniyyət Evindən yüz metr aşağıda isə ikimərtəbəli köhnə, hər an uçmaq ehtimallı qəzalı vəziyyətdə olan binada musiqi məktəbi yerləşir. Məktəbə daxil olanda beynindən ancaq "Kəlmeyi-şəhadəti”ni oxuyub, sağ-salamat bu binadan dərhal aralanmaq istəyi keçir. Sonradan anlaşıldı ki, bu musiqi məktəbinin də əlacını tapıblar, tam heyəti ilə 15 kilometr uzaqda Maştağadakı Mədəniyyət Evinə köçürməyi planlaşdırıblar, lakin məktəbin müəllimlərinin və valideynlərinin etirazından sonra müvəqqəti olaraq məktəbi yerində saxlayıblar.

Adı çəkilən musiqi məktəbindən iki yüz metr aşağıda da bir kitabxana yerləşir. Ölkənin əksər kitabxanalarını gəzmiş, burada çalışan dəyərli peşə adamları ilə söhbətləşmiş bir kitab həvəskarı olaraq bəlkə də bu yüz ilin ixtiyarlamış binasına daxil olarkən gözlərimə inana bilməmişdim ki, bu cür kitabxana saxlamaq necə mümkündür? 

Döşəmənin taxtaları qopmuş, kitablar zala dolmuş çirkab suyunun içində, zavallı kitabxanaçılar da soyuq otaqda çiynlərinə paltolarını salıb ümidsiz vəziyyətdə iş vaxtının bitməsini gözləyirdilər.

Fazil Mustafa, millət vəkili


OXŞAR XƏBƏRLƏR

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...