Qaraxan Behbudov vəfat etdi
23:25 / 17.11.2020
6797
Azərbaycanın Əməkdar artisti, Prezidentin fəxri təqaüdçüsü Qaraxan Behbudov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə mərhumun qızı Zülfiyyə Behbudova məlumat verib.
Qeyd edək ki, Qaraxan Behbudov 1935-ci ildə Ağdam rayonunda anadan olub. Xan Şuşiniski məktəbinin yetirməsi olan Behbudovun "Qarabağ xananəndələri” albomunda da səs yazıları var. O, "Bayatı-Şiraz" muğamının mahir, orijinal ifaçısı kimi tanınıb.
(qafqazinfo)