“Qaranlıqda atəş açdım, bilmədim harasına dəydi...” - Qaynını güllələyən yeznə

“Qaranlıqda atəş açdım, bilmədim harasına dəydi...” -  Qaynını güllələyən yeznə

Bakıda qaynını güllələyən yeznə hadisənin təfərrüatlarından danışıb.

Sfera.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, Mehman Əsədov təxminən 15 gün əvvəl ailəsində münaqişə yarandığını və qaynıgilin həyat yoldaşını, eləcə də, övladlarını apardığını bildirib: "Məni polisə vermişdilər. Sonra ağsaqqalar yığışdılar, bizi barışdırdılar. Üç gün keçdi. İşdən qayıdanda gördüm ki, yenə ailəmi aparıblar. Dünən zəng elədim, qaynatamla 40 dəqiqəyə yaxın danışdıq. Amma barışmadılar".

Mehman Əsədov bildirib ki, hadisəni törətdiyi tüfəng 5 ildir ondadır. Onun sözlərinə görə, hadisə günü böyük qaynı ilə görüşüb, amma razılığa gələ bilməyiblər. Daha sonra yeznə kiçik qaynı Elnar Canatova zəng edib: "Dedi ki, mən "Eurohome"da işləyirəm, heç kim mənə heç nə eləyə bilməz. Getdim bazara. Qaranlıqda atəş açdım. Bir patronum var idi. Bilmədim, harasına dəydi. Üstümə gəlirdi, atdım".

Xatırladaq ki, yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsində işlədiyi mağazanın qarşısına gələn qohumu, qəsəbə sakini Mehman Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib, hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əsədov tutulub, ondan "İJ-58" markalı tüfəng və 5 ədəd patron götürülüb.


OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...