Qaraciyəri 3 xəstəlikdən qoruyur - Kofenin faydaları

Qaraciyəri 3 xəstəlikdən qoruyur - Kofenin faydaları

 

Alimlər müəyyən edib ki, müntəzəm kofe içən insanların qaraciyəri üç xəstəlikdən qorunmuş olur.

 
 
"British Liver Trust” qeyri-hökumət təşkilatının hesabatı açıqlanıb. Bu təşkilat qaraciyər xəstəlikləri və onların qarşısının alınması və müalicə effektivliyinin artırılması ilə məşğul olur. 83 səhifəlik sənədin müəllifləri iddia edir ki, müntəzəm kofe içmək orqanizmi qaraciyərin qeyri-alkoqollu piylənməsi, qaraciyər fibrozu və sirroz kimi təhlükəli xəstəliklərdən qoruyur. Bundan əlavə, qəhvə içmək sayəsində bu xəstəliklərdən əziyyət çəkən insanlarda xəstəliyin inkişafı dayanır. Lakin ətirli içkinin həvəskarları unutmamalıdır ki, kofeinin sutkalıq dozası 400 milliqramdır. Yəni gün ərzində 5 fincan "espresso” içmək kifayətdir.

 



OXŞAR XƏBƏRLƏR