Qaraçıların heyrətamiz dəfn mərasimlərinin sirri: İnanılmaz dəbdəbə! – Fotolar

Qaraçıların heyrətamiz dəfn mərasimlərinin sirri: İnanılmaz dəbdəbə! – Fotolar
Biz hamımız bu dünyada qonağıq və nə qədər var-dövlət yığsaq da, özümüzlə qəbrə apara bilmərik. Amma qaraçı baronları başqa cür düşünür. Onların dəfni bir imarətdən digərinə köçü xatırladır. Hətta qəbiristanlığa dəbdəbəli və rahat yol döşənir.
Sfera.az bizimyol.info-ya istinadla xəbər verir ki, qaraçıların xristian olmasına baxmayaraq, dəfn adətləri ənənəvi mərasimlərdən fərqlənir. Bu xalqın nümayəndələri hesab edir ki, insan ölümdən sonra o biri dünyada yaşamağa davam edir və ona maksimum rahat şərait yaratmaq lazımdır.
Çox az adam özünə yüksək səviyyədə dəfn rəva görə bilir. Amma qaraçı baronlar üçün yeraltı sərdabə cənazə mərasiminin vazkeçilməz atributudur. Qaraçı baronlarını Misir fironları kimi dəfn edirlər – mərhum  geniş sərdabələrdə sağlığında bəyəndiyi hər cür avadanlıqla təchiz olunur.
Otaq yerin altında yerləşir, üstündə isə qranit və mərmər abidə quraşdırılır. Abidədə mərhum başdan ayağa, bəzən hətta at və ya avtomobillə təsvir olunur.
Məzarda mebel, məişət texnikası, paltar, elit spirtli içkilər, mobil telefon, qızıl zinət əşyaları qoyulur. Bunlardan başqa, mərhumla birlikdə sevdiyi bütün əşyaları basdırırlar. Ülgüc, başmaq, sevimli pijama, dibçəkdə gül – ölənin axirətdəki həyatını bəzəyə biləcək ən qeyri-adi əşyalar.
Bəzən müxtəlif maraqları olan xüsusi zəngin adamla vidalaşanda bir neçə otaqdan ibarət yeraltı mənzil düzəldirlər. Ən böyük dəbdəbə isə mərhumun avtomobili ilə birlikdə yeraltı qarajı olan məzar sayılır.
Tabut yeraltı dünyada yerini alandan sonra cənazə mərasimində iştirak edən qadınlar üzərindəki qızıl zinət əşyalarını məzara atırlar. Bundan sonra sərdabəni dəmir-beton plitələrlər, daha etibarlı olsun deyə, betonla örtürlər.
Ciddi qorunmasına baxmayaraq, bəzən qəbirləri qarət edirlər. Məzarların qarət olunması həmişə günah sayılsa da, bəziləri üçün sahibi müqavimət göstərə bilməyən qəbirləri soyaraq böyük mənfəət əldə etmək istəyi çox yüksəkdir. Əsasən məzarladan qızıl zinət əşyaları və pul aparırlar. Bəzən hətta böyük məişət əşyasını oradan dartıb çıxardıqları da olub.
Məşhur bir qaraçı baronun məzarını qarət edənlər tutulandan sonra bir əhvalat danışmışdı. Onlar yeraltı sərdabəyə beton tam bərkimədiyindən dəfndən dərhal sonra asanlıqla girmişdilər. Oğrular sərdabənin damını deşib, aşağı düşmüşdülər.
Qəbrin sahibi bahalı kostyumda, qolunda "Roleks” saat, brilyantlarla basdırılıbmış. Otaqda üstünə müxtəlif içkilər düzülmüş stol varmış. Məhz içki cinayətkarları məhv edib. Onlar saatı, qızıl zinət əşyalarını, 100 min rublu və 5 min dolları götürüb, uğuru konyakla "yumaq” qərarı verirlər. Bir müddət sonra oğruları spirtli içki şüşələrinin üzərindəki barmaq izlərindən tapırlar.
Dəfn mərasimi də ayrılıqda diqqətə layiq prosesdir. Mərhumu bahalı ağacdan hazırlanmış xüsusi tabuta yerləşdirirlər. İçəridə hətta kondisioner, işıqlandırma sistemi quraşdırılır. Məsələn, 2013-cü ilin avqustunda Rumıniyanın Sibiu şəhərində baron Florian Çioab üçün belə cənazə mərasimi təşkil olunmuşdu.
Şəkillərdən birində görünən qaraçı xalqının nümayəndəsi bu dünyanı böyük dəbdəbə ilə tərk edib. Mərasimdə iştirak üçün dünyanın 59 ölkəsindən gəlmişdilər. Bahalı avtomobillərdən və limuzinlərdən düzülən maşın karvanının uzunluğu isə 7 kilometrə çatırdı. "Qaraçıların kraliçası” ilə belə vidalaşırdılar.
Bu qadının ailəsi atlı katafalk və limuzin korteji sifariş etmişdi. Cənazə mərasiminin gülləri üçün 16 min funt sterlinq (təxminən 21 min dollar) xərclənmişdi. Məzarın üzərinə hündürlüyü bir metdən az olmayan 60 əklil qoyulmuşdu. Əklillərin bəzisi mərhumun sevimli heyvanları – balaca it və poni formasında idi.
İtaliyada qaraçı mafiya klanına başçılıq edən Vittorio Kazamonikanın da dəfni fərqli alınmışdı. Altı at, dəbdəbəli katafalk və bir neçə kilometr uzanan maşın karvanı. 2018-ci ilin payızında isə İtaliya hökuməti bu klanı sıradan çıxarmağa başlayanda ailənin villalarını kütləvi dağıtmağa başladı.
Qaraçıların məzar daşları uzaqdan görünür. Burada təkcə mərhum başdan ayağa göstərilmir, yanında bəzən hətta sağ olan yaxınları da əks olunur. Hər kəs bilməlidir ki, burada hörmətli adam dəfn edilib.
Tez-tez mərhumların məzar daşlarında stolun üstündə elit spirtli içkilər və bahalı siqaret markaları təsvir olunur. Həmin daşların üzərində ölənin hobbilərinə işarə vuran balıqçı əşyaları, avtomobil, yaxta təsviri görünür. Ölüləri xüsusi bayram ritualı ilə xatırlamaq adəti olduğundan, məzarın yanında stol və skamya qoyulur. Bəzən örtülü pavilyon quraşdırılır.

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovla vida mərasimi BAŞA ÇATDI -YENİLƏNDİ

Əməkdar artıst Cavanşir Məmmədovla vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, mərasim mərhumun yaşadığı evdə baş tutub.   Vida m...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...