Qarabaşaq yarması və qaynadılmış toyuq döşü yeyirsinizsə... - Arıqlamaq istəyənlərin buraxdığı səhvlər
16:38 / 14.01.2022
1295
Rusiyalı diyetoloq Yekaterina Markova arıqlamağa başlayan insanların ən çox buraxdığı səhvlər haqqında açıqlama verib. O, bu barədə "Moslente” nəşrinə danışıb.
Sfera.az bildirir ki, diyetoloqun fikrincə, insanların arıqlamaq məqsədilə daha çox buraxdığı səhv, qarabaşaq yarması və qaynadılmış toyuq döşü ilə pəhrizə başlamasıdır.
"Sağlam qidalanmanın əsas prinsipi odur ki, yeməklərin dadı bəyənilməlidir. Taxıl, ət, quş əti, balıq, dəniz məhsulları, paxlalılar, tərəvəzlər, meyvələr, giləmeyvə çeşidləri çoxdur. Bu siyahı sadəcə qarabaşaq yarması və qaynadılmış quş ətindən daha genişdir”, - deyə ekspert izah edir. Markova internetdə maraqlı pəhriz reseptləri axtarmağı, eləcə də yeməklərlə təcrübə aparmaqdan qorxmamağı və yeməyə ədviyyatlar əlavə etməklə yeni dadları sınamağı məsləhət görüb.
Mütəxəssisin fikrincə, başqa bir səhv aşağı kalorili qidalara üstünlük verilməsidir. Diyetoloq qeyd edir ki, bu vəziyyət adekvat çəki itkisinə deyil, daha çox tükənməyə səbəb olur: "Hər şeyi yemək səmərəsizdir. Amma qida kalori normasına uyğun olmalıdır. Bədən sağlam qidalar almalıdır. Əks təqdirdə, bədən yağ yığacaq”.
Bəzən arıqlamaq istəyənlər şam yeməyinin əvəzinə yalnız qatıqdan istifadə etməklə kifayətlənir. Diyetoloq bunu da riskli hesab edir: "Şam yeməyini tamamilə qatıq və ya kefirlə əvəz etməyi məsləhət görmürəm. Buna görə axşam yeməyini süd məhsulları ilə əvəz etmək səmərəsizdir və insulin problemi olan insanlar üçün təhlükəli ola bilər.
İlk növbədə, orqanizm tam müayinədən keçirilməli və artıq çəki yaradan çatışmazlıqlar müəyyən edilməlidir. Daha sonra buna uyğun qidalanma qaydası təyin edilməlidir. Hamı üçün eyni qidalanma menyusunu və qaydasını tətbiq etmək düzgün deyil”.
Vasif
Sfera.az