Qarabaşaq yarması və qaynadılmış toyuq döşü yeyirsinizsə... - Arıqlamaq istəyənlərin buraxdığı səhvlər

Qarabaşaq yarması və qaynadılmış toyuq döşü yeyirsinizsə... - Arıqlamaq istəyənlərin buraxdığı səhvlər
Rusiyalı diyetoloq Yekaterina Markova arıqlamağa başlayan insanların ən çox buraxdığı səhvlər haqqında açıqlama verib. O, bu barədə "Moslente” nəşrinə danışıb.
 
Sfera.az bildirir ki, diyetoloqun fikrincə, insanların arıqlamaq məqsədilə daha çox buraxdığı səhv, qarabaşaq yarması və qaynadılmış toyuq döşü ilə pəhrizə başlamasıdır. 

"Sağlam qidalanmanın əsas prinsipi odur ki, yeməklərin dadı bəyənilməlidir. Taxıl, ət, quş əti, balıq, dəniz məhsulları, paxlalılar, tərəvəzlər, meyvələr, giləmeyvə çeşidləri çoxdur. Bu siyahı sadəcə qarabaşaq yarması və qaynadılmış quş ətindən daha genişdir”, -  deyə ekspert izah edir. Markova internetdə maraqlı pəhriz reseptləri axtarmağı, eləcə də yeməklərlə təcrübə aparmaqdan qorxmamağı və yeməyə ədviyyatlar əlavə etməklə yeni dadları sınamağı məsləhət görüb.

Mütəxəssisin fikrincə, başqa bir səhv aşağı kalorili qidalara üstünlük verilməsidir. Diyetoloq qeyd edir ki, bu vəziyyət adekvat çəki itkisinə deyil, daha çox tükənməyə səbəb olur: "Hər şeyi yemək səmərəsizdir. Amma qida kalori normasına uyğun olmalıdır. Bədən sağlam qidalar almalıdır. Əks təqdirdə, bədən yağ yığacaq”.

Bəzən arıqlamaq istəyənlər şam yeməyinin əvəzinə yalnız qatıqdan istifadə etməklə kifayətlənir. Diyetoloq bunu da riskli hesab edir: "Şam yeməyini tamamilə qatıq və ya kefirlə əvəz etməyi məsləhət görmürəm. Buna görə axşam yeməyini süd məhsulları ilə əvəz etmək səmərəsizdir və insulin problemi olan insanlar üçün təhlükəli ola bilər.

İlk növbədə, orqanizm tam müayinədən keçirilməli və artıq çəki yaradan çatışmazlıqlar müəyyən edilməlidir. Daha sonra buna uyğun qidalanma qaydası təyin edilməlidir. Hamı üçün eyni qidalanma menyusunu və qaydasını tətbiq etmək düzgün deyil”.

Vasif 
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koronavirusa yoluxanlar ağlamasın, əks təqdirdə.... - Rusiyalı həkim

Rusiyalı həkim Vadim Pokrovskinin sözlərinə görə, koronavirusun "Omikron" ştamı gözlərin selikli qişaları vasitəsilə yayılaraq konyunktiviti geridə qoyur. ...

Koronavirusun digər ştamlarına yoluxanlar “Omikron”a da yoluxa bilərmi? - Açıqlama

Artıq Azərbaycanda da koronavirusun yeni ştamı olan "Omikron”a yoluxmalar var və bu say artmaqdadır.   Mütəxəssislər bildirir ki, virusa yoluxub s...

Koronavirus peyvəndləri virusa yoluxmadan da qoruyur – İsraildən yeni ARAŞDIRMA

İsraildə aparılan araşdırmada koronavirus üçün ümid verən bir nəticə əldə olunub.   Sfera.az xəbər verir ki, ilkin nəticələrə görə, yeni hazırlana...

Qrip və koronavirusa qarşı “kokteyl” peyvənd bu tarixdə İSTİFADƏYƏ VERİLƏCƏK

Koronavirus, qrip və RSV virusundan qoruyacaq "kokteyl” peyvənd hazırlanır.    Sfera.az xəbər verir ki, Moderna tərəfindən mRNA texnologiyası ilə is...

Koronavirusa yoluxanlarda psixi pozğunluqlar yaranır - Yeni arşadırmanın nəticələri qorxutdu

COVID-19-la bağlı daha bir araşdırmanın nəticələri bəlli olub.   Sfera.az bildirir ki, İstanbul Tibb Fakültəsi koronavirus diaqnozu ilə xəstəxanaya yerlə...

"Qarşıdakı 2 ayda hər gün 700 min nəfər "Omicron"a yoluxacaq" - Professordan qorxunc XƏBƏRDARLIQ

"Qarşıdakı iki ay içində hər gün 700 min nəfər "Omicron” ştamına yoluxacaq”.   Sfera.az bildirir ki, bunu türkiyəli professor Ahmet Saltık  ölkədə P...