No Image

“Qarabağ”ın uduzması ilə Azərbaycan Qazaxıstanı keçə bilməyəcək

“Qarabağ”ın uduzması ilə Azərbaycan Qazaxıstanı keçə bilməyəcək

Avrokubokların qrup mərhələsinin V turundan sonra UEFA reytinqi açıqlanıb.

Sfera.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ” səfərdə "Sevilya”ya 0:2 uduzduğundan, ölkəmizin aktivindəki xal sayı və mövqeyi dəyişməyib.

Azərbaycanın cari mövsümdəki əmsalı 3,125-ə bərabərdir. Son beş ilin nəticələrinə görə hesablanan reytinqimiz isə 18,500-dür. Bununla da ölkəmiz Avropada 26-cı sırada qalıb.

Qazaxıstan təmsilçisi "Astana”nın qələbəsi ilə bu ölkənin hesabı 19,250-yə çatıb. Bu o deməkdir ki, Azərbaycan son turda yalnız bir pillə irəliləyə bilər. Təmsilçisi qalmayan Belarusu (18,875) keçmək üçün "Düdlanj” üzərində qələbə lazım gələcək. Qazaxıstan isə cari mövsüm əlçatmaz olacaq.

Qeyd edək ki, cədvəlin ilk pilləsində İspaniya qərarlaşıb. (oxu.az)


OXŞAR XƏBƏRLƏR