Qarabağın ən son görüntüləri

Qarabağın ən son görüntüləri

Farslar Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər ediblər. 

ANS TV-nin məlumatına görə, iranlı turistlər Azərbaycanın işğal olunmuş rayonlarını əks etdirən kadrları çəkərək internetdə yerləşdiriblər.

Görüntülərdə səfalı torpaqlarımız əks olunur. Həmçinin Azərbaycan mahnılarının sədaları altında səfər haqqında danışılır.

 

 

Dağlıq Qarabağda separatçı rejim

1980-cı illərin sonunda və 1990-cı illərin əvvəlində bu bölgədə baş verən etnik qarşıdurmalar və Ermənistanın Dağlıq Qaqabağ Muxtar Vilayətini (DQMV) özünə birləşdirmə tələbləri Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb olur.

Ermənistan ordusu DQMV-ni və ona qonşu 7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) işğal edir. 1994-cü ildə Bişkəkdə atəşkəs sazişi imzalanır.

Dağlıq Qarabağda separatçı rejim 1991-ci ildə müstəqillik elan edir. Heç bir beynəlxalq qanunun hüquqi tələblərinə cavab verməyən bu "müstəqillik" indiyə kimi haqlı olaraq dünyada heç bir ölkə tərəfindən tanınmayıb.


OXŞAR XƏBƏRLƏR