“Qarabağ\"ın Çempionlar Liqasında növbəti potensial rəqibi məlum oldu

“Qarabağ\
 

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Ağdam təmsilçisi II raundda "Dandolk” (İrlandiya) səddini keçəcəyi təqdirdə, "Sutyeska” (Monteneqro) / APOEL (Nikosiya, Kipr) cütünün qalibi ilə üz-üzə gələcək. İlk oyunlar 6-7 avqustda, cavab qarşılaşmaları isə 13 avqustda olacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Dandolk”la iyulun 24-də səfərdə, iyulun 31-də isə evdə qarşılaşacaq. Ölkə çempionu I təsnifat mərhələsində "Partizani”dən güclü olub (0:0, 2:0).


OXŞAR XƏBƏRLƏR