\"Qarabağ\"lı zədələndi, \"Omoniya\" qarşısına çıxa bilməyəcək
16:10 / 29.09.2021
744
Sabah Konfrans Liqasının 2-ci turu çərçivəsində "Omoniya” ilə üz-üzə gələcək "Qarabağ”a daha 1 futbolçu kömək edə bilməyəcək.
Sfera.az idmanxeber.az saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin aparıcı üzvü İsmayıl İbrahimli zədələnib.
Əzələsində problem ortaya çıxan İsmayılın Nikosiyadakı görüşdə meydana çıxmayacağı dəqiqləşib. Amma futbolçu "Qarabağ”la birlikdə Kiprə aparılıb.