Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur - Putin

Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur - Putin
2020-ci ilin noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı imzaladıqları üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur.

Sfera.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Davos iqtisadi forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Moskva Dağlıq Qarabağda münaqişəni dayandırmaq üçün vasitəçilik səylərini göstərib:

"Məlum olduğu kimi, noyabrda Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli bəyanat imzalayıb. Bu sənəd ardıcıl şəkildə icra olunur. Qan tökülməsinin qarşısı alınıb və ən əsası da budur. Tam atəşkəsə nail olunub və stabilləşmə prosesi başlayıb".

OXŞAR XƏBƏRLƏR