\"Qarabağ\"ın yeni transferi Bakıya gəldi - FOTO

\
 "Qarabağ"ın yeni transferi Kevin Medina artıq Bakıdadır.

Sfera.az xəbər verir ki, 27 yaşlı kolumbiyalı müdafiəçi bu barədə "Instagram" hesabında paylaşım edib.

Oyunçu Bakı Olimpiya Stadionunun fotosunu paylaşıb. Medina rəsmi müqavilə imzaladıqdan sonra təlim-məşq toplanışı üçün Qəbələyə yollanacaq.  

Qeyd edək ki, "Qarabağ"ın Kevin Medina ilə 3 illik müqavilə imzalayacağı gözlənilir. 

OXŞAR XƏBƏRLƏR