“Qarabağ”ın səfər, “Sumqayıt”la “Keşlə”nin ev sınağı - Konfrans Liqasında

“Qarabağ”ın səfər, “Sumqayıt”la “Keşlə”nin ev sınağı - Konfrans Liqasında
Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Sfera.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən klublar da növbəti matçlarına çıxacaqlar.

Əvvəlcə "Keşlə” doğma meydanda Rusiyanın "Soçi”, "Sumqayıt” isə Serbiyanın "Çukariçki” komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Rusiyadakı ilk oyunda darmadağına üzülən Bakı klubunun  mərhələ keçmək şansları çox azdır. Amma Serbiyadan sərfəli nəticə ilə dönən Sumqayıt təmsilçisinə, istənilən hesablı qələbə bəs edəcək.

"Qarabağ” isə İsrail "Aşdod”u ilə səfərdə qarşılaşacaq. Ağdam təmsilçisi də ilk oyunda bu rəqibi ilə qolsuz heç-heçəyə razılaşdığından, bu dəfə mütləq qələbə qazanmalıdır.

Avropa Konfrans Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunları

29 iyul

20:00. Keşlə - Soçi

Baş hakim: Viktor Şimusik (Belarus).

Bakı. "ASK Arena”

İlk oyun – 0:3.


20:00. Sumqayıt - Çukariçki

Baş hakim: Yorgen Burhardt (Danimarka).

Sumqayıt. "Kapital Bank Arena”

İlk oyun – 0:0.


21:00. Aşdod - Qarabağ

Baş hakim: Novak Simoviç (Serbiya).

Aşdod. "Jabotinski” stadionu.

İlk oyun – 0:0.


OXŞAR XƏBƏRLƏR

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...