\"Qarabağ\"ın rəqibi 12 milyon avroya qapıçı transfer edib

\
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Fransa "Marsel"i İtaliya "Roma"sından icarəyə götürdüyü qapıçı Pau Lopesi birdəfəlik transfer edib.

Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi 28 yaşlı qolkiperlə 2026-cı ilin yayınadək müqavilə imzalayıb. "Marsel"in bu keçid üçün qarşı tərəfə 12 milyon avro təzminat ödədiyi iddia olunur.

İspaniyalı qapıçı bu mövsüm Marsel şəhərinin eyniadlı təmsilçisinin heyətində 20 oyun keçirib və 17 qol buraxıb.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

OXŞAR XƏBƏRLƏR