“Qarabağ”ın qapıçısı növbəti dəfə zədələndi və mövsümü erkən bitirdi

“Qarabağ”ın qapıçısı növbəti dəfə zədələndi və mövsümü erkən bitirdi
"Qarabağ”ın və futbol üzrə Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev növbəti dəfə zədələnib.

27 yaşlı qolkiper "Zirə”yə qarşı keçirdikləri Premyer Liqanın XXV tur oyununda xəsarət alıb.

Klubdan verilən məlumata görə, 27 yaşlı qolkiperin sağ qolunda sınıq aşkarlanıb.

Rəqibin hücumu zamanı zədələnən Məhəmmədəliyev meydanı göz yaşları içində tərk edib. Onu 22-ci dəqiqədə Emil Balayev əvəzləyib.

Təcrübəli oyunçu mövsümün qalan hissəsində meydana çıxmayacaq.

Qeyd edək ki, aprelin 16-da, Premyer Liqasının XXIII turunun "Səbail”lə matçında da ağır zədələnmiş Məhəmmədəliyevin başına 25 tikiş qoyulmuşdu. 
 
(Report)

OXŞAR XƏBƏRLƏR