No Image
No Image

"Qarabağ"ın legioneri üçün mövsüm erkən bitdi

Premyer Liqanın 23-cü turunun "Səbail"lə səfər matçının (1:1) ilk hissəsində zədələnərək əvəzlənən "Qarabağ"ın futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.

Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi bu gün həkim müayinəsindən keçib.

Müayinədə Ozobiçin sol incik sümüyünün yuxarı 1/3 hissəsinin yerini dəyişməyən sınığı aşkarlanıb. Bununla yanaşı, əzələ toxumalarının həmin nahiyədə əziyi və əzələarası hematoma müəyyən edilib.

Bu səbəbdən təcrübəli oyunçunun mövsümün sonunadək oynamayacağı dəqiqləşib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR