No Image
No Image

"Qarabağ"ın daha bir futbolçusunda koronavirus aşkarlandı

"Qarabağ” Avropa Liqasının qrup mərhələsinin V turunda qarşılaşacağı "Makkabi” ilə oyunöncəsi UEFA-nın tələblərinə uyğun koronavirus testindən keçib.
Forvardımız Mahir Emrelidə testin nəticəsi pozitiv çıxıb və Türkiyəyə aparılmayıb.

Sfera.az xəbər verir ki, bir müddətdir Türkiyədə reabilitasiya keçən müdafiəçimiz Abbas Hüseynov da bu gün koronavirus testindən keçib və müdafiəçimizdə də koronavirus aşkarlanıb.

Daha öncə isə komandanın baş məşqçisi Qurban Qurbanov və tərcüməçimiz Elvar Quliyevdə də testin nəticəsi pozitiv çıxdığı üçün komandadan ayrı düşüb.
Milli komandanın düşərgəsində koronavirusa yoluxmuş Maksim Medvedev hələ də malicəsini Lüksemburqda davam etdirir, Xorvatiyada isə müalicə keçən müdafiəçimiz Rahil Məmmədovun dünən verdiyi koronavirus testinin nəticəsi mənfi çıxıb və Türkiyəyə gələrək komandaya qoşulub.

Milli komandanın heyətindən gəldikdən sonra koronavirusa yoluxmuş daha bir futbolçumuz Musa Qurbanlının son iki testi də neqativ çıxıb, lakin futbolçu məşqlərdən uzaq olduğu üçün "Makkabi" ilə oyunun heyətinə əlavə edilməyib.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR