Qarabağın azadlığı üçün danışıqları Rusiya ilə aparmalıyıq - BAXCP sədri

Qarabağın azadlığı üçün danışıqları Rusiya ilə aparmalıyıq - BAXCP sədri
 Millət vəkili, BAXCP-nin sədri Qüdrət Həsənquliyev publika.az-a müsahibə verib.

- Qüdrət bəy, Şərqi Aralıq dənizində baş verənlər Türkiyəni NATO üzrə öz müttəfiqləri ilə böyük müharibəyə sürükləmir ki?

- Türkiyə bu qarşıdurmada tam haqlı olduğu üçün müharibə təhdidlərindən qorxmayaraq, ölkənin milli maraqlarını qətiyyətlə müdafiə edir. Ərdoğan cəsur və müdrik dövlət adamıdır. Bilir ki, geri çəkilsə, Türkiyənin həyati mənafelərinin olduğu digər regional məsələlərdə də daha alçaldıcı tələblər irəli sürəcəklər.

Gözəl el məsəlimiz var: "Ağıllı fikirləşincə, dəli vurub çayı keçdi". Bəzən dövlət maraqlarının ortada olduğu zamanda beynəlxalq məsələlərdə dəliqanlı olmaq lazımdır. Çox vaxt qorxaqlıqla ehtiyatlılığın sərhədlərini müəyyənləşdirmək olmur. Müharibə olacaqsa, deməli olacaq. Türkiyənin güclü hərbi-sənaye kompleksi var. İnanıram ki, Pakistandan nüvə silahı da əldə edib. Əgər etməyibsə, bunu tezliklə gerçəkləşdirmək lazımdır. Hazırda bütün nüvə dövlətləri öz arsenalını genişləndirir. İslamabadın borcudur ki, kömək etsin, dünyada içi biz qarışıq alçaldılmış müsəlman dövlətlərindən qeyrəti olan daha biri nüvə dövlətinə çevrilsin. Ermənistana silah daşınmasına icazə verən "müsəlman" ölkələri kimisi yox.

İstiqlal savaşında Türkiyə müttəfiqlərə yaxşı dərs vermişdi. Türkiyəyə hörmət etməsələr, görünür, növbəti belə bir dərsə ehtiyac olacaq. Müharibə olacaqsa, Azərbaycan istiqlal savaşında olduğu kimi indi də Türkiyənin yanında olmalı, ona maddi və hərbi dəstək verməlidir.

- Qüdrət bəy, Azərbaycanın etirazlarına baxmayaraq, Rusiya Ermənistana müasir silahlar göndərməkdə davam edir. Sizcə nə etməliyik?

- Həmişə demişəm, bir daha təkrar edirəm. Qarabağın azadlığı üçün biz danışıqları Rusiya ilə aparmalıyıq. Əgər Rusiya indiki siyasətini davam etdirəcəksə, Azərbaycan neytrallıq siyasətindən imtina etməli, MDB-dən çıxmalı, müvafiq qanunları dəyişməklə ölkədə Türkiyənin hərbi bazalarını yerləşdirməlidir. Biz torpaqlarımızın işğaldan azad olunması üçün müharibə etməliyik. Ciddi qərarlar qəbul edib, qətiyyətli addımlar ata bilməsək, indiki siyasətlə Ermənistanla bir neçə 30 il də danışıqlar aparsaq, heç bir nəticəsi olmayacaq. Parlamentin payız sessiyası başlayan kimi mən Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi təşəbbüsü ilə çıxış edəcəm. Müstəqil dövlət olub, müstəqil siyasət yürütdüyümüzü deyib, hətta bunu edə bilməyəcəyiksə, onda torpaqlarımızın azad olunmasını gərək yuxuda da görməyək.

Rusiya torpaqlarımızın işğal altında qalmasının əsas səbəbkarı ola-ola biz ona "vasitəçilik", əslində isə işğalçılıq siyasətinə görə təşəkkür edib, strateji müttəfiqlikdən danışmamalıyıq. Biz özümüz-özümüzə hörmət etməliyik ki, başqaları da etsin.

OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...