“Qarabağ”dan yeni transfer
İdman
18:39 / 16.07.2021
980
"Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.
Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi monteneqrolu müdafiəçi Marko Veşoviçi transfer edib.
29 yaşlı müdafiəçi ilə 2 il müddətinə müqavilə bağlanıb. Monteneqrolu müdafiəçi yeni komandasında 29 nömrəli formada çıxış edəcək.
Veşoviçin son klubu "Legiya" (Polşa) olub.