Qarabağdakı rusiyalı hərbçilər antiterror təlimi keçirlər
10:06 / 25.01.2021
876
Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Rusiya sülhməramlıları ərazidəki müdafiə-müşahidə məntəqələrində müntəzəm olaraq təlimlər keçirlər.
Sfera.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Rusiyalı hərbçilər həmin məntəqələrdə antiterror təlimləri də keçirirlər.