Qarabağdakı rus sülhməramlıları \"çox sağ ol \" əvəzinə, arxadan atəş aldılar – Andrey Kamakin

Qarabağdakı rus sülhməramlıları \

Sfera.az tanınmış rusiyalı jurnalist Andrey Kamakinin mk.ru saytında dərc olunmuş və günümüzlə səsləşən məqaləsini təqdim edir.

 

***


Rus sülhməramlıları Dağlıq Qarabağ və onun ətrafında vəzifələrini yerinə yetirməyə başlayıblar.

 

Kİmsə deyəcək: dünənki xəbərdir. Aydınlaşdıraq: dünənki yox, heç sragakünkü də deyil. Tam Çernomırdin düsturuna uyğun gələn xəbər: "Heç vaxt belə bir şey olmayıb - və yenə də oldu!" Zira, 32 il əvvəlki xəbərlər də məhz belə səslənirdi. Bircə düzəlişlə: o zaman sülhməramlı rolunda SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşun hissələri çıxış edirdi.

 

Daxili qoşunların ilk diviziyası, 28-ci Xüsusi Motorlu Tabor 1988-ci ilin fevralında Dağlıq Qarabağa daxil oldu. Tabor Şuşa və Ağdam şəhərlərində xidmət edirdi. Sonradan qruplaşma əhəmiyyətli dərəcədə artırıldı. Tezliklə vətəndaş qarşıdurmasının qarşısını almaq məqsədilə bölgəyə göndərilən tabor üzvlərinin sayı 10 min nəfərə çatdırıldı.

 

1991-ci ilin 4 yanvarın tarixli "Fövqəladə vəziyyət rayonunun komendantının məlumatları"ndan fraqmentlər sözügedən xidmətin necə keçdiyi ilə bağlı müəyyən təsəvvür yaradır.

 

"28 dekabr 1990-cı ildən bəri keçən müddət ərzində DQMV və Azərbaycan SSR-in həmin bölgəyə bitişik digər rayonlarında vəziyyət ciddi şəkildə dəyişməyib. Yaşayış məntəqələri, kənd təsərrüfatı obyektləri atəşə tutulur. Hərbi dəstələrin şəxsi heyətinə qarşı aramsız hücumlar Hərbi komendaturanı narahat edir. Dekabrın 31-i, gecə saatlarında Qubadlı rayonunun Yuxarı-Cibikli zastavası Ermənistanın Gorus rayonundan avtomatik tüfənglərdən davamlı atəşə məruz qaldı. Zastavadan cavab atəşi açıldı...

 

Həmin gün, saat 22.40-da Laçın rayonunun Yuxarı və Aşağı Cicimli yaşayış məntəqələrinin zastavaları atəşə tutuldu və cavab atəşi açıldı. 1991-ci ilin 1 yanvarında Qubadlı rayonunun Əliquluuşağı kəndi yaxınlığındakı zastava atəşə tutuldu.


Hörmətli yoldaşlar! Əsgərlərimizin səbri və dəyanəti nə qədər sınaqdan keçirilə bilər? Xatırladırıq ki, təcavüzkürlar layiq olduqları cavabı ala bilərlər. Bu üzdən taleyinizlə oynamayın və həyatlarınızı təhlükəyə atmayın”.


Amma "yoldaşlar" müraciətlərə və nəsihətlərə qulaq asmaq istəmədilər. SSRİ Daxili İşlər Nazirliyinin Şimali Qafqaz və Zaqafqaziya Daxili Qoşunları İdarəsinin o zamanki rəhbəri Anatoli Kulikov "Xatirələr kitabında” (red. 1995-1998-ci illərdə Rusiya Federasiyası Daxili İşlər Naziri vəzifəsində çalışıb) kədərini gizlətmədən yazır: "Əsgər və zabitlərimiz Dağlıq Qarabağda öldürülürdü. Onlar insanlar arasında milli mənsubiyyətinə görə ayrıseçkilik salmırdılar və eyni inadla Azərbaycan kəndlərini erməni yaraqlılarından, erməni kəndlərini isə azərbaycanlı yaraqlılarından qoruyurdular."


"Rusiya və SSRİ iyirminci əsrin müharibələrində. Silahlı Qüvvələrin itkiləri” başlıqlı statistik tədqiqatda təqdim edilən rəsmi məlumatlara görə, Ermənistan-Azərbaycan sərhədində və Dağlıq Qarabağda münaqişə tərəflərini ayırmaq üçün cəlb edilən Sovet Ordusu bölmələri və Sovet Ordusu və Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 51 hərbçisi yaralanaraq ölüb, 391 nəfəri isə müxtəlif dərəcəli xəsarətlər alıb.

 

1991-ci ilin sonunda artıq o dövrdə Rusiya rəhbərliyinə tabe olan daxili qoşunlar münaqişə zonasından çıxarıldı. Sülhməramlı missiyası yerinə yetirildiyi üçün deyil, yerinə yetirilməsi mümkünsüz sayıldığı üçün.


29 il sonra rus sülhməramlıları yenidən Dağlıq Qarabağa qayıdır. Ümid edək ki, dialektika qanunları özünü doğruldacaq və tarix təkrar olunmayacaq. Ötən dəfəki kədərli mənzərədən fərqli olaraq, hər şey yolunda gedəcək.


Amma istənilən halda münaqişənin sona çatdığını demək olmaz. Çətin ki, bu qarşıdurmaya nə vaxtsa son qoyulsun. Bu isə o deməkdir ki, hər şeyə hazır olmalıyıq. Müdrik qədim romalıların təbirincə desək, "Si vis pacem, para bellum”, yəni sülh istəyirsənsə.müharibəyə hazırlaş.


Tərcümə: Selcan

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...