“Qarabağda yeni su mənbələri müəyyənləşdiriləcək"

“Qarabağda yeni su mənbələri müəyyənləşdiriləcək
"Azərsu" ASC ötən ilin oktyabr ayından işğaldan azad olunmuş ərazilərdə su təchizatı sistemlərinin bərpasına başlayıb.

Sfera.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumatda həmçinin deyilir ki, ilk olaraq oktyabrın 20-də qurumun əməkdaşları Cəbrayıl rayonuna ezam olunub. Oradakı hərbi hissələrin düşmənin dağıtdığı su su təchizatı sistemlərinin bərpasına başlanılıb.

Noyabr ayında - Şuşa işğaldan azad olunduqdan bir neçə gün sonra isə əməkdaşlar şəhərə ezam olunublar və qısa müddətdə Şuşanın su təchizatı sistemlərinin bərpası ilə bağlı işlər həyata keçirilib. İlkin olaraq noyabrın 25-də Kiçik Kirs-Şuşa magistral su kəməri bərpa edilib, şəhərə suyun verilməsini təmin olunub. Buna qədər isə Daşaltıda su təchizatı sistemi bəpra edilib. Orada Şuşa şəhərinə su daşıyan maşınların doldurulması üçün məntəqə yaradılıb. Bunun ardınca Zarıslıda işlər görülüb, Zarıslı-Şuşa magistral kəməri ilə suyun verilməsi dekabr ayında bərpa edilib. Daha sonra "Azərsu"yun həm Hardrut qəsəbəsində, həm də Şuşa şəhərində daimi xidmət göstərən briqadası olub. Onlar qarşıya çıxan problemlərin operativ həlli ilə məşğul olurlar. Hardrutdakı xidmət Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarına və Hardrut qəsəbəsinə, Şuşadakı xidmət isə Şuşa şəhərinə və ətraf ərazilərə xidmət edir.

Bu ilin yay aylarında "Azərsu" Kəlbəcərdə 3-cü xidmətini yaradıb. Şəhəndə hərbi xidmət aparan şəxsi heyətin, mülki şəxslərin yaşadığı obyektlərin su təminatının aparılması ilə bağlı daimi xidmət təşkil olunub. Amma əsaslı işlər əsasən Şuşada başlayıb. Ölkə prezidentinin təsdiq elədiyi proqrama uyğun olaraq şəhərin su təchizatı sistemlərinin yenidən qurmasının I mərhələsi icra olunur. Təqribən bu ilin avqust ayında orada işlərə başlanılıb. Kiçik Kirs-Şuşa magistral kəmərinin 5,3 kilometrlik hissəsinin yenidənqurması işləri həyata keçirilir. Eyni zamanda layihənin I mərhələsi Şuşada hər birinin həcmi 500 kubmetr olan 2 su anbarının və 6 kilometr şəhərdaxili şəbəkənin tikintisini əhatə edir. Bu ilin sonunda, gələn ilin əvvəllərində bu layihənin yekunlaşdırılması nəzərdə tutulur.

Şuşanın Baş Planı tam təsdiqləndikdən sonra orada layihənin növbəti mərhələsi başlayacaq. Bütün şəhərdaxili şəbəkənin yaradılması, yenidən qurulması, həm içməli su, həm də kanalizasiya şəbəkəsinin, eyni zamanda tullantı su təmizləyici qurğuların tikintisi növbəti mərhələdə öz əksini tapacaq. Bundan sonra Ağdam, Cəbrayıl və digər şəhərlərdə də "Azərsu”yun mütəxəssisləri su mənbələrinin seçilməsi ilə bağlı ilkin qiymətləndirmə işləri aparacaq. Artıq Ağdam şəhəri üçün yeraltı sulardan, yəni subartezian quyulardan istifadə olunmasına ilkin olaraq qərar verilib. Şəhər yaxınlığında subartezian quyuları qazılacaq və şəhərin içməli su tələbatı həmin mənbə hesabına təmin olunacaq. Cəbrayılda və digər şəhərlərdə də növbəti mərhələlərdə su mənbələri müəyyənləşdiriləcək.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Milli Məclisin deputatı Pərvin Kərimzadə şəhidlərin anım mərasimində iştirak etdi - FOTOLAR

Oktyabrın 19-da 44 günlük Vətən müharibəsində böyük igidlik və rəşadət göstərmiş Əhmədov Amal Rauf oğlu və Həsənov Orxan Bakir oğlunun şəhadətlərinin ildönümü...

Müavinət, təqaüd, kompensasiyaların ödəniləcəyi vaxt açıqlandı - DƏQİQ TARİX

Oktyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub. Bu barədə Sfera.az-a Əmək və Əhalinin...

"Kişi qazancını qadınla mütləq bölməlidir, İslam da bunu deyir" - Tanınmış aparıcı

"Qadını evdə işlədib, bu onun "borcudur" təfəkküründə olan  insanlarla çox uzağa getməyəcəyik”.   Sfera.az bildirir ki, bunu tanınmış aparıcı Tural ...

Bu şəxslərin pensiyası ilə bağlı VACİB QƏRAR

Hərbi qulluqçuların pensiyaları avtomatik qaydada təyin olunacaq. Eyni zamanda hərbi xüsusi rütbəli şəxslərin pensiyaları təkcə təminat xərcindəki artımlar zama...

Könül Nurullayeva Vətən müharibəsi şəhidlərinin ailə üzvlərilə görüşdü - FOTOLAR

Millət vəkili Könül Nurullayeva Azərbaycanın şanlı qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsi zamanı şəhadət zirvəsinə yüksələn Nizami rayon sakinlərini...

Zakir Həsənov Kəlbəcər və Laçına getdi - VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində dislokasiya olunan hərbi hissələrin qışa hazırlığını yoxlayıb. Bu barədə Sfera.az-a...